Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstanda xidmət edən 133 Azərbaycan hərbiçisinin həyatı ilə bağlı narahatlıq böyüyür...

Əziz dostlar! Hörmətli həmkarlar!

Rusiyanın xeyir duası ilə Əfqanıstanın altını üstünə çevirən "Taliban" terorçu dəstələri artıq bu gün Kabil şəhərinə daxil olmağa başladılar. Vəziyyət axşama doğru tamam gərginləşəcək.

Bu qeydlərimi oxuyan bəzi dostlar deyə bilər ki, baş verənlərdən bizə nə. Xeyr, əziz dostlar. Orada 133 AZƏRBAYCAN ƏSGƏR və ZABİTLƏRİ hələ də xidmətdədirlər. Əgər Amerika, İngiltərə və digər dövlətlər öz vətəndaşlarını, səfirliklərini oradan TƏCİLİ çıxarırlarsa, bəs bizim hərbçilərimiz necə olacaq???

Mən hardasa 1 ay bundan əvvəl öz narahatçılığımı elə buradan dilə gətirmişdim. Və inanırdım ki, tez bir zamanda bizim müvafiq qurumlarımız lazım olanı edəcəklər. Bəlkə də ediblər. Amma, mən heç yerdə o məlumata rast gəlməmişəm ki, Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır və ya çıxarılacaq. Mən panika yaratmaq istəmirəm. Amma, daxilimdə ÇOX BÖYÜK narahatçılıq var.

Baş verənlərdən yeganə məmun ölkə yenə....Rusiya Federasiyasıdır. Bu həmin rəsmi Moskvadır ki, bir neçə həftə bundan əvvəl öz ərazisində qadağan etdiyi Taliban hərəkatının üzvlərini bəh-bəhlə qəbul edib, onlara lazım olan tapşırığı və təlimatları verdi. Əfqanıstanda olan yerüstü və yeraltı sərhədləri, ən əsası isə narkoticarəti öz nəzarəti altına alacaq rəsmi Moskva səbrsizliklə Taliban başıpozuqlarının Kabildə nəzarəti tam əlinə alacaqlarını gözlüyürlər. Bu həmin Rusiyadır ki, özünü SSRİ-nin varisi sayır və bu həmin sovetlər birliyidir ki, milyonlarla insanı Əfqanıstan çöllərində məhv etdi. Orada mənim də sinif yoldaşım Şirvan Nəhmətov, qohumlarım -Canəli Əzimov və tanışlarım oldu...

Bir sözlə, Əfqanıstanda baş verənlərdən ən çox qazanan yenə bizim şimal qonşumuz olacaq. İştahları heç cürə doymaq bilmir bu adamların. Ancaq geci-tezi var. Mütləq olacaq, vallah olacaq.Özü də çox ağır və sarsıdıcı fəsadlarla....

Tanrı Azərbaycan əsgərlərini həm xaricdə, həm də ölkə ərazisində qorusun, hifz eləsin!

Üzeyir Cəfərov - Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

“Baktelecom” qurumdan internet almayanların telefonunu kəsir – Bu nədir, zorbalıq, yoxsa...

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Slovakiya Ukraynanın NATO-ya üzvlüyünə razılıq verməyəcək

İsrailin hava zərbələri Beyrutda iki xəstəxananın bağlanmasına səbəb olub

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

BMT İsrailin sülhməramlıların təhlükəsizliyinə təhdid olduğunu bildirib

Ən çox oxunanalar