Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədliyyə Nazirliyinin adı dəyişməlidir


Noyabrın 22-si bizdə ədliyyə işçilərinin peşə bayramı imiş. Bu tarixi hadisədən heç xəbərim olmazdı, dünən saytlarda türmə idarəsi işçilərinin velosiped yarışı keçirməsini görməsəydim


Yarış o qədər həvəslə qayırılmışdı ki, hətta başqa nazirliklərdən və başqa türmələrdən də velosiped sürən yoldaşlar gəlmişdilər. Məsələn, hazırda MTN-i islah etməyə göndərilən keçmiş türmə rəisi Mədət müəllim də öz velosipedi ilə təşrif buyurmuşdu. Doğrudur, bir çox məmurlar velosiped sürməyə yekə maşınlarla, “Prado” və “Qalenvagen”lərlə, cürbəcür “cip”lərlə gəlmişdilər, bunu fotolardan görmək mümkün idi. Ancaq elə önəmli deyil. Əsas odur adamın qəlbində niyyət olsun. Gərək təkcə sən velik istəməyəsən, velik də səni istəsin. İnşallah, mən özüm yaxın illərdə velosiped sürməyi öyrənib “Tur de Frans” yarışına qatılacağam - axmaq terrorçular imkan versələr. 

Bayaq “başqa türmələr” yazdım, bunu yanlış anlamayın. Axı MTN-in generallarından Akif Çovdarovun şəxsi həbsxana saxlaması söhbəti çıxmışdı. Kim bilir, bəlkə indi vəzifə başında olan nə qədər generalın belə şəxsi türməsi vardır. Vətəndaş cəmiyyəti qururuq. Gərək insanlar dövlətə yardım etsinlər. Yoxsa hamını dövlət tutsun, içəridə ona yemək versin, Leyla Yunus kimi incitsin... Bunları hər bir dövlətçilik təfəkkürü olan məmur-vətəndaş özü də düzəldə bilər. Elə sadə vətəndaşlar da. Ən azı arvad-uşağı hamama salıb həbs eləmək olar. Qoy AzTV-yə baxa bilməsinlər. 

Yeri gəlmişkən, həmin Çovdarovu hazırda dövlət həbsxanasında incidirlər. Vəkilləri açıqlama verib, deyirlər görüşə bilmirik. Çovdarov isə bu işgəncədən prezidentə şikayət yazmaq fikrindədir. Vay-vay... Akif müəllimə uzanan əllər qırılsın. Rejim uğrunda o qədər baş kəsib, qan tökəsən, axırın da belə ola. Bu vətən haçan öz oğullarına qiymət verəcəkdir? Bəlkə erməni kilsələrinə verilən qazdan bir az da Bakının “atapleniya”larına verəsiniz? Millət xəstəlik tapır, işıqlı gələcəyimizi görmədən əl-ayaqlarını uzadırlar. 

Bax, mən indicə “atapleniya” sözünü niyə yazdım? Çünki bunun dilimizə tərcüməsini bilmirəm. “İstilik sistemi” çox uzundur. O baxımdan, bəlkə də biz atapleniya sözünü dilimizə daxil etməliyik. Dünənki yazımda bu mövzuya toxunmuşam. Elmlər Akademiyası da mən deyəni deyir. Qoy dilimiz zənginləşsin. Onsuz xalq bunu işlədir. 

Girişə qayıdaraq ədliyyə işçilərini peşə bayramları münasibətiylə qutlayır, uzun ömür, yaradıcılıq uğurları diləyirəm. Məncə orda sistem bir az zəifləyibdir. Misal üçün, vaxtilə Faina Kunqurova türmədə altı ayın içində öldü getdi, Leyla Yunusu isə bir il yarımdır öldürə bilmirsiniz, nə günümün ədliyyə işçilərisiniz? Üzərinizdə işləyin. Hələ generallar gəlir. 

Başqa yöndən, mən son günlər aktual olan dilçilik prizmasından bu ədliyyə məsələsinə baxmaq istərdim. Bunun adı düzgün deyil! Çünki bizim dildə ədliyyə deyə bir söz yoxdur. İnanmayan “Azərbaycan dilinin izahlı lüğəti” kitabına da baxa bilər (Bakı, “Elm” nəşriyyatı, 2005-ci il). Keçən yazımda yazmışdım, yenə yazıram: bu nazirliyin adından başqa kiminsə haçansa ədliyyə sözü işlətdiyini görmüsünüz? Çox axmaq sözdür. Bizim dildə ədalət sözü var. Niyə nazirliyin adı Ədalət olmasın? Ədalət Nazirliyi! Bəh-bəh! Oruell yaradıcılığına layiq addır. Özü də mən sizə deyim ki, bu nazirliyin adı Ədalət olsa işçilər daha ədalətli, insanpərvər, humanist, velosipedçi olarlar. Çünki indi heç nə işə baxdıqlarını bilmirlər! “Ədliyyə Nazirliyində işləmək” çox qeyri-real, fantastik alınır. Yox, bir, ədviyyə, bibər-zəncəfil... Söz yoxdursa, anlayış da absurdlaşır, çünki “əvvəldə söz olmuşdur”. Hegel demişkən, gərək öncə bir zadın ideyasını beynimizdə tapaq, adını qoyaq, sonra özünü yaradaq. Ədliyyə isə fuflodur. Bizə ədalət lazımdır!

İndi söz əlaqədar təşkilatlarındır - adil olun.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar