Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən bahalı və ən ucuz şəhərləri məlum oldu

Paris, Honkonq və Sinqapur dünyanın ən bahalı şəhərləridir

BBC-nin məlumatına görə bunu Economist Intelligence Unit təşkilatının illik araşdırmasının nəticələri göstərir.

Tarixdə ilk dəfədir ki, sadalanan üç şəhər birinci yeri bölüşür. Araşdırmada dünya üzrə 133 şəhərdə insanların gündəlik olaraq istehlak etdiyi məhsul (məs. çörək) və xidmətlərin (məs, ictimai nəqliyyat) qiymətləri nəzərə alınıb.

Ötən il ən bahalı ikinci şəhər olmuş Fransa paytaxtı, Avrozonadan ilk onluğa düşmüş ikinci dövlətdir.

Hesabatın müəllifi Roksana Slavçevanın dediyinə görə Paris 2003-cü ildən bəri dünyanın ən bahalı şəhərlərinin 10-luğunda yer alır və orada yaşayış xərcləri ildən ilə artır. Slavçevanın sözlərinə görə Parisdə orta-statistik bir gözəllik salonunda saç kəsdirmək 119 dollara başa gəlir.

Onluqda bundan başqa Zürix (İsveçrə), Cenevrə (İsveçrə), Osaka (Yaponiya), Seul (Cənubi Koreya), Kopenhagen (Danimarka), Nyu-York (ABŞ), Təl-Əviv (İsrail), Los-Anceles (ABŞ) kimi meqapolislər yer alır.

Araşdırmanın müəllifləri eyni zamanda dünyanın ən ucuz şəhərlərinin reytinqini də tərtib edib. Birinci yerdə Venesuelanın paytaxtı Karakas, ikinci yerdə Suriyanın paytaxtı Dəməşq, üçüncü yerdə Özbəkistanın paytaxtı Daşkənd gəlir. Siyahıda bundan savayı Alma-ata (Qazaxıstan), Banqlor (Hindistan), Karaçi (Pakistan), Laqos (Nigeriya), Buenos-Ayres (Argentina), Çennay (Hindistan), Dehli (Hindistan) yer alır.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar