Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada aclıqdan hər gün 30 min adam ölə bilər

BMT rəsmisi həyəcan təbili çalır

Koronavirus pandemiyası səbəbindən artıq dünyanın 30 ölkəsində ciddi ərzaq çatışmazlığı hiss olunur. Bu ölkələrdən 10-a qədərində indiyə qədər də əhali aclıqdan ölüm həddində olub.

Belə bir narahatlıq doğuran proqnozlar BMT institutlarının yeni araşdırmalarında yer alıb. Qeyd olunur ki, bu koronavirus həlqəsi boyunca baş verənlərin ən mənfi nəticələri bir çox ölkələrə, o cümlədən inkişaf etmiş ABŞ, Avropa, həmçinin Rusiya kimi ölkələrə də təsir göstərə bilər.

Üç aylıq dövr ərzində…

BMT-nin Dünya Ərzaq Proqramının icraçı direktoru Devid Beasleyin dediyinə görə, pandemiya İkinci Dünya müharibəsindən sonra yaranan ən ciddi humanitar böhrandır.

«Bizim təhlillərimiz göstərir ki, əgər biz o insanlara kömək üçün uğraşmasaq, üç aylıq dövr ərzində aclıqdan hər gün 300 min adam ölə bilər. Bura COVID-19 səbəbi ilə aclığın artması daxil deyil” -deyə o bildirib.

Araşdırmalara görə, indi baş verənlər böhrandan əvvəl müharibələrdən, ictimai-siyasi münaqişələrdən və yoxsulluqdan əziyyət çəkən dövlətlərə və bölgələrə daha çox təsir etməkdədir.

Məsələn, Suriya, Əfqanıstan, İraq, Venesuela, Zimbabve, Qərbi Afrika, Yəmən, Konqo Demokratik Respublikası, Cənubi Sudan, Efiopiya, Eritreya və Haiti, o cümlədən Ukraynanın şərqi. Həmçinin o da vurğulanır ki, Hindistan, İndoneziya və Pakistanın böyük əhalisinin əksəriyyəti heç indiyə qədər də yaxşı vəziyyətdə olmayıb.

Daha ciddi problemlərlə Çin üzləşə bilər

Genişmiqyaslı aclığın Çini daha çox təhdid edəcəyi ilə bağlı ehtimallar da səslənməkdədir. Belə ki, Çin Kənd Təsərrüfatı nazirliyinin məlumatına görə, pandemiya səbəbindən yaranan iqtisadi şok bütün beynəlxalq ticarəti vurmaqda davam edir.

Bu da ciddi qlobal ərzaq böhranına səbəb ola bilər. Nazirliyin məlumatında pandemiyanın indiyə qədər müxtəlif ölkələrlə qurulan ticari əlaqələrə ciddi zərər vurduğunu qeyd olunur.

Amerika risk altında

Əgər koronavirus Venesuelanı, Hondurası, Salvadoru və istənilən digər Latın Amerikası ölkələrini sıxarsa, bu, qısa müddətdə Amerika BirləşmişŞtatlar üçün ciddi risk deməkdir.

Təkcə son bir neçə il ərzində təxminən 5 milyon Venesuelalı, Nikolas Maduronun diktaturasından və iqtisadi xaosdan qaçaraq müxtəlif ölkələrə sığınıb. Bu insanların bəziləri qonşu Kolumbiyaya piyada gedib və hazırda da onların bir çoxu Kolumbiyanın paytaxtındakı gecəqondularda yaşayır.

Həmin adamlar pandemiyaya qədər Kolumbiyada küçə ticarəti ilə məşğul olublar. Amma indi bu fəaliyyət qadağan olunub. Bu adamların böyük əksəriyyəti hələ də birtəhər Mərkəzi Amerika və Meksika vasitəsilə arzuladıqları ABŞ-a getmək istəyir. Onların neçəsi koronavirus daşıyıcısıdır, bunu heç kim bilmir.

Bu həftə BMT Baş Assambleyası bütün dövlətləri spekulyativ qiymət artımına və müxtəlif zəruri malların həddindən artıq lazımsız yığılmasına dərhal son qoymağa çağıran qətnamə qəbul edib. Afrika liderlərinin şikayət etdiyi problem də məhz budur. Ancaq bu günə qədər yalnız Çin dünya birliyi üçün zəruri olan tibbi ləvazimat ixracını məhdudlaşdırmaq niyyətində olmadığını bildirib.(Azadlıq.org)

pia.az


Etiket: aclıq ölüm


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ən çox oxunanalar