Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya parlamentlərində təmsil olunan partiyalar Ermənistanın təxribatlarını pisləyiblər

Bu günlərdə dünyanın bir sıra ölkələrinin parlamentlərində təmsil olunan siyasi partiyalar, parlament üzvləri və beynəlxalq parlament təşkilatlarının nümayəndələri Ermənistan cəbhə xəttində törətdiyi təxribatlarla bağlı bəyanatlarla çıxış ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunur, həmçinin Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təcavüz və təxribatlar pislənilir.

Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (CHP), İyi Partiyası (İP), İtaliyanın “5 ulduz Hərəkatı” partiyasından senatorlar Vito Petroçelli, Canluka Ferra, İtaliyanın “Liqa” Partiyasından senator Stefano Lucidi və deputat Rossana Boldi, “İrəli İtaliya” siyasi qrupunun sədr müavini, senator Maria Rizzotti, “Yaşasın İtaliya” Partiyasının üzvü, senator Mauro Marino Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani, Hollandiyanın DENK partiyasının sədri Tunahan Kuzu, Bosniya və Herseqovinanın Demokratik Hərəkat Partiyasının sədri Bakir İzetbekoviç və sədr müavini Şefik Djaferoviç, İsrailin “Yisrael Beiteinu” partiyasının sədri Aviqdor Liberman, Almaniya Bundestaqının Solçular fraksiyasının üzvü Helin Evrim Sommer, Almaniya Bundestaqının hakim Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının deputatları Nikolas Löbel, Eberhard Qinqer, Ukrayna Ali Radasının sədrinin I müavini Ruslan Stefançuk və deputatlar Vladimir Kreydenko, Lyudmila Marçenko, Hollandiya parlamentinin deputatı Joram van Klavere, Almaniya Bundestaqının deputatı Barbara Hendriks, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sven Sester, İndoneziya Parlamentində Milli Oyanış Partiyası fraksiyasının nümayəndəsi Anqqia Erma Rini, İran Parlamentinin Urmiyadan nümayəndəsi Ruhullah Həzrətpur, Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Bob Bləkmən, Malayziya Parlamentinin Nümayəndələr Palatasında Malayziya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Datuk Rozman Bin Datuk Haji İsli, Kolumbiya Senatının Xarici Əlaqələr daimi Komissiyası və Kolumbiya-Azərbaycan dostluq qrupu, Latviya Seyminin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Romans Naudinş, Latviya Seyminin deputatı Aleksandr Kirşteyns, Moldova parlamentinin deputatları Serjiu Sırbu və Dimitru Diacov, Çili Nümayəndələr Palatasının üzvləri, Əfqanıstan Milli Şurasının Yuxarı və Aşağı Palataları, Xorvatiya parlamentinin deputatı Veljko Kajtazi, AŞPA-nın vitse-prezidenti Oleksandr Merejko, Avropa Parlamentinin​deputatları Sandra Kalniete, Marton Gyöngyösi, Andris Ameriks, Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Məcidi, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Azərbaycana dəstək bəyanatları səsləndiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar