Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Bankı: "Qlobal iqtisadi artım zəifləyəcək və bu proses Azərbaycandan yan keçməyəcək"

İnflyasiya təzyiqlərinin davam edəcəyi və sərt pul siyasətinin iqtisadi artıma daha da mənfi təsir göstərəcəyi gözlənilir...

Bu ilin II yarısında qlobal iqtisadi artımın əhəmiyyətli dərəcədə yavaşlayacağı, zəif artımın 2024-cü ildə də davam edəcəyi proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl təmsil etdiyi qurumun "Qlobal İqtisadi Perspektivlər" hesabatının təqdimatında, "Qlobal və iqtisadi yavaşlamanın Azərbaycana təsiri" adlı panel müzakirələrdə bildirib.

Onun sözlərinə görə, bu proses Azərbaycandan da yan keçməyəcək

“İnflyasiya təzyiqlərinin davam edəcəyi və sərt pul siyasətinin iqtisadi artıma daha da mənfi təsir göstərəcəyi gözlənilir. Biz gözləyirik ki, bu, inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan bazarlar, o cümlədən Azərbaycan üçün kifayət qədər çətin mühit təqdim etsin. Ötən il Azərbaycan hökuməti "2022-2026-cı illər üçün yeni Sosial-İqtisadi İnkişaf Strategiyası"nı qəbul edib. Bu sənəd iqtisadi artımı və sosial rifahı canlandırmaq, dayanıqlı etmək üçün çoxlu proqramları, investisiyaları və islahatları özündə əks etdirir. Strategiya ortamüddətli perspektivdə ÜDM-in illik 3-4 % artım tempini, o cümlədən qeyri-neft-qaz sektorunda 5 %-ə yaxın artımını hədəfləyir. Bu hədəflərə nail olmaq asan olmayacaq. Neft hasilatının azalması və əhalinin qocalması prosesə çətinləşdirici təsir göstərəcək. Qlobal miqyasda əks istiqamətə əsən küləklər və tendensiyalar, ehtimal ki, əlavə problemlər və qeyri-müəyyənliklər yaradacaq. Dünya Bankı lazımi proqramların həyata keçirilməsi üçün Azərbaycan hökumətinə hər bir dəstəyi göstərməyə hazırdır", - deyə S.Maykl qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Canlı yayım

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Ən çox oxunanalar