Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dugindən çox önəmli, sensasion açıqlamalar: “Qərbi Asiyanın taleyi Putin və Ərdoğandan asılıdır”

Kremlin Avrasiya strateqi: “Türkiyə ilə Rusiya birləşərsə, problemli bölgələrdə əhatəli həll yolları yarada bilərlər”...

“Aydınlık” qəzeti, Türkiyə, 29 sentyabr 2021-ci il

Türkiyənin “Ulusal” kanalına danışan Aleksandr Dugin Ərdoğan-Putin zirvəsində Suriya, Əfqanıstan, Qafqaz, Şərqi Aralıq dənizi, Liviya və Ukraynanın müzakirə ediləcəyini bildirib. Dugin müsahibəsində: “Türkiyə ilə Rusiya birləşərsə, problemli bölgələrdə əhatəli həll yolları yarada bilərlər”, deyə qeyd edib.

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin ötən gün “Ulusal” kanal ekranlarında yayımlanan “Görüş Alanı” proqramının qonağı olub. Dugin Proqramda Seda Anıkın moderatorluğu ilə “Ulusal” kanalın rəhbəri Adnan Türkkan, “Aydınlık” qəzetinin baş redaktoru Mustafa İlker Yücel və jurnalist Ceyhun Bozkurtun verdiyi sualları cavablandırıb. Amerikanın bölgədə məğlub edildiyini və dünyanın artıq çoxqütblü olduğunu söyləyən Dugin: “Qərbi Asiyanın taleyi Türkiyə və Rusiyadan asılıdır” deyə bildirib.

Rusiyanın Şimali Kipri tanıması kimi məsələlərin Türkiyənin Ukrayna ilə olan əlaqələrinə görə kölgədə qaldığını ifadə edən Dugin İdlib düyününün necə açılacağına dair təkliflərini də sadalayıb.

Qərbi Asiyanın taleyi Türkiyə və Rusiyadan asılıdır

“Ərdoğan-Putin görüşü çox əhəmiyyətli olacaq. ABŞ-ın Əfqanıstandan çəkilməsindən sonra çoxqütblü bir dünya yarandı. Bu indi başqa bir dünyadır. Burada Şərqlə Qərb toqquşmur. Burada artıq kapitalist düşərgəsi və sosialist düşərgəsi yoxdur. İndi müstəqil dövlətlər var. Putin və Ərdoğan bu müstəqil dövlətləri təmsil edir və Qərbi Asiyanın taleyi indi bu iki liderdən asılıdır. Qərbi Asiyanın necə formalaşacağı, beynəlxalq siyasətin burada necə dəyişəcəyi, tamamilə onlara bağlıdır”.

Yeni dünyanın başlanğıcı

“Bu vəziyyətdə Türkiyə yalnız NATO-nu təmsil etmir. Türkiyə yalnız NATO ölkəsi deyil. Ərdoğan, əslində, böyük bir Türkiyəni təmsil edir. Türkiyə indi təkbaşına bir dirəkdir və Soçidəki görüşdə iki müstəqil qütb Suriya, Liviya, Mərkəzi Asiya və Cənubi Qafqazı müzakirə edəcək. Təkrar edirəm: Putin və Ərdoğan müstəqil qütblər olaraq bir-biri ilə görüşəcək. Qərbin çökdüyü bir dövrdə bu, yeni bir dünyanın açılışı, yeni bir dünyanın başlanğıcıdır”.

Amerika artıq bölgədə deyil

“Bu vəziyyətdə ABŞ əslində, Suriyadan da çəkilir. Rusiya və Türkiyə Suriyada hansı bölgələrə birgə nəzarət edəcəyini, Türkiyənin daha çox hansı bölgələrdə olacağını, Suriyanın şərqinin necə formalaşdırılacağını və Suriya Kürdüstanının taleyini müzakirə edəcəklər və bunların hamısı Qərb, ABŞNATO olmadan müzakirə ediləcək. Burada artıq region ölkələrindən bəhs edilir. Bu səbəbdən də bu görüş çox önəmlidir. Burada Putin və Ərdoğan, eləcə də, İran və Pakistan əsas oyunçulardır. Amerika artıq burada deyil”.

Amerika NATO müttəfiqlərindən imtina etdi

“Amerikanın burada bir anqlo-sakson birliyi qurmağa çalışdığını görürük və nə Türkiyəyə, nə də Avropa Birliyi ölkələrinə burada yer verilir. Amerika NATO müttəfiqlərindən imtina etdi və indi Çini əsas hədəf olaraq təyin etdi. Amerika indi bütün bu sahələrdən çəkildi və artıq problemləri həll edə bilmir.

Yaxın Şərqdə və ya İslam ölkələrindəki problemləri Amerika həll edə bilməz. Həll yolları artıq bölgə ölkələri tərəfindən hazırlanacaq. Təhlükənin kimdən gəldiyinə özləri qərar verəcək və bu qərarları verən ölkələr müstəqil, çoxqütblü dünyanın dövlətlər Türkiyə, Rusiya, İran və Çin olacaq. Bu şəkildə də çoxqütblülük yaranmış olur”.

Ukrayna məsələsi kölgə yaradan bir mövzudur

Rusiya heç vaxt danışıqlarda bir şərt qoymaz. Soçidə dostu Ərdoğanla birlikdə post-Amerika dünyasının qırmızı xətlərini müəyyən edəcəklər. Suriya, Əfqanıstan, Cənubi Qafqaz, Liviya müzakirə ediləcək və bildiyimə görə Afrika da geniş əhatədə müzakirə olunacaq. Təbii ki, həssas bir məsələ də var: Ukrayna. Ukrayna məsələsi yeni qurulan dünyada ikitərəfli münasibətlərdə mənfi və kölgəli bir məsələdir, həssas mövzudur. Bilmirəm bu barədə danışacaqlar ya yox, amma çox güman ki, gündəmdə olacaq”.

Kürd probleminin jhəlli üçün yeni bir layihə hazırlanmalıdır

“Bilirsiniz, Rusiya Suriyanın ərazi bütövlüyünü, Əsədin rəsmi hökumətini dəstəkləyir və burada Rusiya ilə Suriyanın fikirləri tamamilə uyğun gəlir. Amma İdlib mövzusuna gəldikdə Soçi məsələsində heç bir mövzu ayrı-ayrı müzakirə edilməyəcək. İstər İdlib, istərsə də Liviya məsələsində fərqli mövqelər vardı. Türkiyə Liviyada Sərraca, Rusiya isə Həftara dəstək verirdi. Heç bir mövzu ayrıca nəzərdən keçirilməyəcək. Bu cür məsələlər, ümumi olaraq yeni qurulan dünyada dostcasına müzakirə olunacaq.

Putin üçün vacib olan məsələ Ərdoğanda bunları görməkdir: Ərdoğan NATO-nun, ABŞ-ın çökdüyünü nə dərəcədə yaxşı anlayır? O, çoxqütblü dünyaya hazırdırmı?

Putin Ərdoğanın bunları anlamasını istəyir. Əlbəttə ki, bəzi məsələləri hərtərəfli nəzərdən keçirməliyik. Məsələn, kürd məsələsini. Bu kürd problemi Qərb tərəfindən hər zaman bölgəni sarsıtmaq üçün istifadə edilirdi. İndi sistemli bir layihə ilə çoxqütblü bir dünyada bu problemi necə həll edə bilərik? Bu məsələlər çox önəmlidir. Söhbət yalnız bir şeyi konservləşdirməkdən getmir, bu problemi həll etmək üçün yeni bir layihə hazırlanmalıdır.

Eyni şəkildə sünni radikalizmi ilə də yeni bir həll yolu yaratmaq lazımdır. Çünki bunlar bölgəni alovlandıran məsələlərdir. Dediyim kimi ayrı-ayrı deyil, geniş mənada bir görüş olacaq”.

Putin bazarlığı sevmir

“Ərdoğan Putinin psixologiyasını anlamalıdır. Qarşı tərəfi başa düşmək lazımdır. Burada Ukrayna məsələsi və hərbi sursat göndərməklə şantaj cəhdləri oldu. Bunlar yanlışdır. Putin, əslində, çox realist bir insandır. Məsələn, “TalibanRusiyada terror təşkilatıdır, lakin, eyni zamanda, RusiyaTaliban”la asanlıqla görüşə bilər.

Putin strateqdir və bazrlığı sevmir. Bu səbəbdən, Ərdoğan ona İdlib haqqında nə istədiyini açıq şəkildə söyləməlidir. Burada İdliblə bağlı nə istədiyini Ukrayna və digər işlərə daxil etmədən şəffaf şəkildə izah etməlidir. Çünki bu bazarlıq məsələsi deyil. Putin bazarlığı sevmir.

Bura başqa bölgələr daxil edilməməlidir. Ukraynada Rusiyaya qarşı çıxsaq, Rusiyanın İdlibdə geri addım atacağı düşüncəsi də çox səhv olar. Burada müstəqil bir dövlətin nümayəndəsi olaraq Ərdoğan İdliblə bağlı fikirlərini vicdanla və şəffaf şəkildə çatdırmalıdır”.

Fəratın şərqində birlikdə hərəkət edilməlidir

“Kürdlər Suriyanın şimalında daha da gücləndilər, lakin bundan sonra Qərbi dəstəkləməyə davam etdilər və cənubda güclərini genişləndirdilər. Ancaq cənubda kürdlərin nəzarətində olan bölgələrdə daha çox ərəb əhali var. Təbii ki, Qərb zəiflədikcə onların buradakı mövqeyi ön plana çıxacaq. Çünki kürdlər Qərbin dəstəyini itirəcəklər.

Təbii olaraq, burada ortaq bir plan həyata keçirməlidirlər. Putin və Ərdoğan Fəratın şərqində birlikdə hərəkət etməlidir. Birlikdə bir plan təqdim etməlidirlər. Təbii ki, burada ABŞ tamamilə xaric edilməlidir, ancaq bunu edərkən orada Türkiyə ilə Rusiya bir olmalıdır. Çünki yenidən tərəf tutmağa başlasalar, Putin Əsədi, Türkiyə də müxalifəti dəstəkləyəcək. Yenə də ortaq bir həll yolu olmayacaq. Başqa sözlə, iki ölkə ABŞ-ı istisna etməli və hər addımı birlikdə atmalıdır. İdlibdəki çıxılmaz vəziyyət bu şəkildə aradan qaldırılacaq”.

Əsəd Rusiyanın bir kuklası deyil

“Putinin Əsədlə yaxşı münasibətləri var, ancaq bunu xüsusilə vurğulamaq lazımdır ki, Əsəd Rusiyanın kuklası deyil. Putin həmişə Əsədin fikirlərini nəzərə alır. Rusiya Suriyanı çətin vəziyyətdən xilas etdi, lakin Rusiya Suriya xalqının seçiminə hörmətlə yanaşır.

Əsədin Ərdoğanla keçmişdə də yaxşı münasibətləri var idi, amma münasibətləri “Müsəlman Qardaşlar” siyasəti səbəbindən pisləşdi. Əsəd bunu çox yaxşı anlayır: Suriyanın gələcəyi Türkiyə-Rusiya əməkdaşlığından asılıdır. Putin də böyük bir dövləti təmsil edir, amma hər biri bir qütbdür. Çoxqütblülük belə qurulur. Hamı bir-birinin maraqları arasında uyğunlaşmağa çalışır. Əsədin Rusiya-Türkiyə görüşünü çox diqqətlə izləyəcəyini də bilirik. Çünki bu görüş Suriyanın taleyinə təsir edəcək”.

Ukrayna müstəqil dövlət deyil

“Ukrayna, əslində, bir kukla dövlətidir. Müstəqil bir dövlət bizə düşmən olsaydı, yenə də qəbul edə bilərdik, amma Ukrayna müstəqil dövlət deyil. Məsələn, kürdlər ABŞ-dan dəstək aldıqları üçün terrora əl atırlar və kukladırlar. Bunu anlamalıyıq. Ukrayna da qlobalist dairələr tərəfindən idarə olunur. Ukraynanın konkret siyasəti yoxdur.

Ərdoğan onlarla görüşərək statusunu aşağı salır və səhvlərə yol verir. Məsələn, Rusiya Ukrayna məsələsini müzakirə etmək üçün bu məsələni birbaşa ABŞ-la gündəmə gətirir. Çünki ABŞ Ukraynaya nəzarət edir. Ərdoğan burada səhv edir, çünki Ukrayna özünü idarə edə bilmir. Bu səhv geri qaytarılmalıdır. Bu səhv ölümcül deyil, ancaq səhv bir hesablama olduğu üçün ən qısa müddətdə düzəldilməlidir”.

Rusiya Ankara və Dəməşq ilə münasibətlərin qurulmasını çox istəyir

Rusiya imperialist bir dövlət deyil və Suriyanın tam müstəqilliyini tanıyan bir dövlətdir. Rusiya Ankara ilə Dəməşq arasında münasibətlərin qurulmasını çox istəyir. Çünki Rusiyanın burada gündəmi yoxdur və gündəm yaratmağa çalışmır. Onun yeganə tələbi bölgədə bir təhlükəsizlik sisteminin qurulmasıdır. Rusiyanın istədiyi tək şey sabitlikdir. Ankara Moskva və Dəməşq münasibətlərini yaxşılaşdırdıqca bölgə sabitləşəcək”.

FETÖ-nun çevriliş cəhdi Türkiyəni Qərb düşərgəsinə cəlb etmək üçün təşkil edildi

“Ərdoğan 10 ildir Türkiyənin çoxqütblü tendensiyasını gücləndirir. Türkiyəni daha müstəqil hala gətirməyə çalışır və FETÖ-nun çevriliş cəhdi Türkiyəni Qərb düşərgəsinə cəlb etmək üçün təşkil edildi. Amma uğursuz oldular.

Təbii ki, S-400, “Türk Axını” və Asiya ölkələri ilə sıx əlaqələr önəmlidir. Putin bunun fərqindədir və Türkiyəyə qarşı daha açıqdır. Çünki, məsələn, Putin səfirin öldürülməsini bağışladı. Hətta Ukrayna ilə münasibətlərə göz yumur. Türkiyənin Avrasiya istiqamətindəki təşəbbüslərini də dəstəkləyir”.

Dünyada artıq ABŞ adlı lider yoxdur

“Bəs indi nə dəyişdi? İndi dəyişən odur ki, ABŞ Əfqanıstandan geri çəkildi. Bayden seçkiləri çox bədnam şəkildə oğurladı. ABŞ-da pis hadisələr baş verdi və belə bir dünya yarandı: ABŞ artıq dünyada lider deyil. İndi Türkiyə və Rusiya yeni öhdəliklər götürməlidir. Yeni dünyada bu ölkələr məsuliyyət daşımalıdır.

S-400 və “Türk Axını” kimi əvvəlki addımlar Türkiyənin müstəqilliyi üçün bir üstünlükdür. İndi yeni şəraitdə yeni məsuliyyətlər götürülməlidir. Bu görüşdə də bu məsələlər müzakirə olunmalıdır”.

Türkiyə və Rusiyanın ortaqlığı Azərbaycanın ərazi bütövlüyünü təmin etməsində çox faydalı oldu

“Bu gün hər bir münaqişə zonasında xaos hökm sürür. Sabitliyi pozanlar var. Saxta bayraq altında hərəkət edənlər var. Qlobal və yerli güclər Türkiyənin də Rusiyanın ortaq olmasını istəmir. Çünki bu ikilinin bir uğuru var. Türkiyə və Rusiyanın ortaqlığı Azərbaycanın ərazi bütövlüyünü təmin etməsində çox faydalı oldu. Ərdoğan da bunu vurğuladı. Putin isə çox soyuqqanlı davrandı.

Rusiyanı bu münaqişəyə cəlb etmək üçün müxtəlif təxribatlar edildi. Amma Putinin soyuqqanlılığı sayəsində Rusiya bu təxribatlara inanmadı.

Suriyaya həm kürdlər, həm də radikal islamçılar müxtəlif təxribatlar edəcəklər. Başa düşməliyik ki, Türkiyə və Rusiya istisna olmaqla, istənilən güc burada düşmən ola bilər. Bu iki ölkə dostdur, amma bütün digər qüvvələr düşmən ola bilərlər. Xüsusilə də Qərb buradan çəkildikdə geridə alovlanan bir bölgə buraxmaq istəyir. Onu qoruyan təhlükəsizlik zonasından çıxmaq istəmir. Yanan ərazini tərk etmək istəyir”.

Qərb etibarlı bir ortaq deyil

“Ölkələrə qarşı bir çox sanksiyalar tətbiq olunur və tezliklə sanksiya alan ölkələrin sayı daha çox olacaq. Bu sanksiyalar altında olan ölkələr bu sahələrdə bir-biri ilə əməkdaşlıq etməlidirlər. Qərb artıq etibarlı tərəfdaş deyil. Qərbdən heç nə gözlənilmir. Sözlərinə əməl etmirlər. Bu səbəbdən, Türkiyə müdafiə sənayesi və texnologiyası baxımından hər şeyi Qərbdən deyil, Rusiyadan ala bilər. Ancaq bu çərçivədə Ukraynaya PUA-nın satılması bu nizamı pozur. Bu bir səhv olaraq görülür. Bunu da qeyd etmək lazımdır.

İndi Fransaya da sanksiya tətbiq edilə bilər. Çünki Avstraliya ilə keçiriləcək sualtı qayıq tenderindən xaric edildi. Etməli olduğumuz əsas şey artıq Qərbə güvənmədən müdafiə sənayesi və digər sahələrdə əməkdaşlıq edərək imkanlarımızı gücləndirməkdir”.

Türkiyə Krimi tanıyırsa, Rusiya da Şimali Kipri tanınacaq

“Putin “Mavi Vətən” anlayışını çox diqqətlə izləyir və əhəmiyyətini anlayır. Şərqi Avropada Yunanıstan heç bir şey deyil. Aralıq dənizinin şərqində Türkiyəyə qarşı Fransa, İsrail və Misir var. Təbii ki, Ərdoğan Zirvədə “Mavi Vətən”in əhəmiyyətini birbaşa izah etməlidir.

Bu anlayışda Şimali Kiprin yerini Putinə yaxşı izah edərsə, Putin bunu qəbul edə bilər. Putin bazarlığı sevmir, amma simvolik mübadilə baş verir. Türkiyə Krımı Rusiya ərazisi kimi tanıyırsa, Rusiya da Şimali Kipri tanıyır. Bu al-ver deyil, amma belə simvolik addımlar atıla bilər. Təbii ki, Türkiyə “Mavi Vətən” məsələsini yaxşı izah edə bilsə, Krım və Şimali Kipr məsələləri birlikdə müzakirə olunarsa...”

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Ən çox oxunanalar