Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət orqanlarının kadr siyasətinə dair qayda təsdiq edilib

“Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası təsdiq edilib...

PİA.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qaydanın məqsədi dövlət orqanları tərəfindən illik iş planı və illik hesabatın vahid forma üzrə hazırlanmasını təmin etməklə dövlət qulluğunda insan kapitalından səmərəli istifadəyə nail olmaqdır. Bu Qayda “prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Banka şamil edilmir.

Qərar 1-5-ci kateqoriya dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlar üzrə illik hesabatların tərtib edilməsi qaydasını müəyyən edir. Qərarın məqsədi dövlət orqanlarında kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlar üzrə hesabatların vahid standart üzrə hazırlanmasının təmin edilməsidir. İllik iş planının layihəsi dövlət orqanının kadr xidməti tərəfindən cari ilin dekabr ayının 1-dək tərtib edilir və dövlət orqanı rəhbərinə təqdim edilir. İllik iş planının layihəsi dövlət orqanının rəhbəri tərəfindən cari ilin dekabr ayının 15-dək təsdiq edilir. İllik iş planına qurumda kadr işi ilə bağlı aparılan mühüm tapşırıqlar, tədbirlər daxil edilir. Kadr xidməti tərəfindən başa çatmış təqvim ili üzrə illik hesabat növbəti ilin yanvar ayının 20-dək dövlət orqanı rəhbərinə təqdim edilir. İllik hesabatda illik iş planı ilə müəyyən edilmiş hər bir tədbirin icrası barədə məlumat (tam icra olunması, səbəbi göstərilməklə qismən icra olunması və ya icra olunmaması) qeyd edilir. Dövlət orqanı rəhbərinə təqdim edilmiş illik hesabat həmin dövlət orqanında kadr siyasəti və insan resurslarının idarə edilməsi 6 sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə dövlət orqanının kollegiyasında (olduğu halda) və ya dövlət orqanı rəhbərinin və həmin dövlət orqanının struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən iclasda müzakirə edilir.

pia.az


Etiket: Əli Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ən çox oxunanalar