Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dmitri Medvedev AZƏRTAC və MDB ölkələrinin digər xəbər agentliklərinin rəhbərləri ilə görüşüb - Foto

MDB ölkələri informasiya agentliklərinin rəhbərləri noyabrın 25-də Moskvada Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüblər...

PİA.az xəbər verir ki, Rusiyanın TASS Agentliyinin baş ofisində keçirilən görüş MDB Ölkələri İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXVII iclası çərçivəsində baş tutub. Görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov da iştirak edib.

Rusiya Hökumətinin sədri Dmitri Medvedev qeyd edib ki, İnformşura MDB ölkələrini birləşdirir və vahid informasiya məkanı dövlətlər arasında əlaqələrin inkişafı üçün vacib amildir. "Sizin agentliklər arasında olan münasibətlər bir sıra təşkilati məsələləri həll etməyə imkan verir. Əsas məsələ informasiyanı operativ şəkildə almaq, ölkələrimizdə baş verən hadisələr barədə doğru-dürüst məlumat verməkdir", - deyə D.Medvedev bildirib.

Rusiya Hökumətinin sədri qeyd edib ki, insanların təhrif olunmuş məlumatlar alması bir çox anlaşılmazlıqların yaranmasına səbəb olur. O, həmçinin yalan xəbərlər məsələsinə toxunaraq dövlət agentlikləri kimi etibarlı xəbər mənbələrinin rolunun bu baxımdan müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb.

Görüşdə Rusiyanın TASS Agentliyinin baş direktoru Sergey Mixaylov sözü AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova verərək gələn il AZƏRTAC-ın 100 yaşını qeyd edəcəyini bildirib. Aslan Aslanovun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri zamanı Prezident Vladimir Putin və Dmitri Medvedev ilə görüşlərinin nəticələri barədə verdiyi sualı cavablandıran Hökumət sədri qeyd edib ki, görüşlərdə ikitərəfli əlaqələrin, demək olar, bütün aspektləri müzakirə edilib. D.Medvedev danışıqların iqtisadiyyat, sosial və humanitar sahələri əhatə etdiyini və səfərin uğurlu olduğunu söyləyib.

Rusiya Hökumətinin sədri Belarusun Belta Agentliyinin baş direktorunun sualını cavablandırdıqdan sonra görüş başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar