Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM əvvəlki illərin məzunları üçün ali məktəblərə qəbul elan edib

Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 15-dək davam edəcək

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, həm cari ilin, həm də əvvəlki illərin məzunları ali və orta ixtisas təhsili məüssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmək istədikləri halda, aprelin 15-dək elektron ərizələrinin təsdiqini təmin etməlidirlər.

İmtahanda yalnız elektron ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, əvvəlki illərin məzunları və tam orta təhsil səviyyəsini Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən şəxslər üçün qəbul imtahanının birinci mərhələsi aprelin 28-də keçiriləcək. İmtahanda iştirak etmək üçün aprelin 15-dək “Abituriyentin elektron ərizəsi” forması təsdiq olunmalıdır.

Qaydalara əsasən, qəbul imtahanın birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.

Xatırladaq ki, 10 aprel saat 12.30-a olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 72155 abituriyent öz ərizəsini təsdiq edib.

İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

pia.az


Etiket: DİM imtahan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək

Ən çox oxunanalar