Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat tənqid edildi: "Həbs qoyulan pulları şəhid ailələrinə, qazilərə vermək olmazdımı?”

"20.5 milyon dolları şəhid ailələrinə, Qarabağ qazilərinə vermək olmazdımı? Bizim pulları niyə İngiltərəyə bağışlanır?!".

PİA.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

Partiya sədri deputat Cavanşir Feyziyevi sərt tənqid edib: “Bu gün Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Azərbaycan parlamentinin üzvü Cavanşir Feyziyevə, onun həyat yoldaşına, oğluna və bir başqa qohumuna məxsus bank hesablarındakı 20,5 milyon dollara (15 milyon funt sterlinq) həbs qoya bilməsi barədə məlumatlar tirajlanmaqdadır. Şəki şəhərindən deputat seçilmiş, Milli Məclisin üzvü hörmətli Cavanşir Feyziyev bildirib ki, “Biz İngiltərəyə köçürülmüş pul vəsaitlərinin qanuni mənbəyini təsdiq edən sənədləri araşdırmaya təqdim etmişik…” “Bir deputatda bu qədər vəsait haradandır?” sualına cavab verməli olan hörmətli deputat bu barədə danışmağı, görünür, unudub. Hörmətli Cavanşir Feyziyev rəsmən hansısa bizneslə məşğul deyil, atası, babası, ulu babası da tanınmış hər hansısa bir nəsildən deyil ki, deyək pul, mal-mülk babasından qalıb. Biri mənə tutarlı izah edə bilərsə söyləsin: bu qədər mal-mülk hörmətli Feyziyevdə haradan peyda olub? Olmaya qeyri-leqal siqaret və dərman monopoliyası ilə bütün bunları əldə edib? Prokurorluq orqanları hara baxır? Bu 20.5 milyon dolları İngiltərə höküməti müsadirə etməzdən öncə olmazdımı ki, işğaldan azad edilmiş rayon və şəhərlərə yatıraq?! Hansısa deputat ölkədə qazandığı pulları xaricə daşımaqla, ümumiyyətlə, nə məqsəd güdür? Əməli ilə nə demək istəyir? İnvestisiya yatırmaq üçün olmaya hörmətli deputatımız üçün Azərbaycan qeyri-sabit ölkələr sırasındadır?! Mənə elə gəlir, ölkənin “qara oliqarx”lardan, monopolistlərdən təmizlənmə zamanı çoxdan çatıb. Bu adam təkcə ölkədən pul çıxarmır, həm də bir sıra sahələri müəyyən məmurlardan güc alaraq monopoliyada saxlayır. Ölkədə siqaretin, dərmanların qiymətlərinin qonşu dövlətlərlə müqayisədə dəfələrlə baha olmasının əsas səbəbkarı da hörmətli Cavanşir Feyziyevdir! Biz nə qədər ki, bir xalq olaraq ölkəmizdə qazanılan pulların xarici ölkələrə daşınmasına göz yumuruq, nə qədər ki, susuruq belə də davam edəcək. Bu tip hallara hamılıqla “dur” deməyin zamanı çoxdan yetişib. Ümid edək ki, çirkli əməllərə bulaşmış şəxslərlə bağlı aidiyyatı qurumlar ciddi tədbir görəcək. Əks halda ölkədə qazanılmış milyonların, milyardları başqa dövlətlərə yedirilməsinə seyrçi qalmaqla bu cinayətlərə şərik çıxmış olacağıq...”(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Bakıda bir nəfərin 49 min manatını dələduzluqla almaqda şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar