Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: "Sənay Yağmurla bağlı baş verən hadisəyə süni feminist hərəkatının mənfi təsiri olub"

"Süni feminist hərəkatları Azərbaycanı daxildən parçalayır. Mənfi tendensiyalar yaradan belə hərəkatlar müqəddəs ailə dəyərlərini məhv edir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

O bildirib ki, son günlər gündəmə çevrilən Sənay Yağmurun hadisəsinə də süni feminist hərəkatının mənfi təsiri olub: "Müqayisə üçün qeyd edim ki, İranda da Azərbaycanlılar yaşayır. Amma nəzərə almaq lazımdır ki, İran Yaxın Şərqdir, Qafqaz isə tamam başqadır. Azərbaycan qadına seçki hüququ verən ilk respublikadır. Ölkədə qadınların təhsilinə hər zaman isti yanaşıblar. Azərbaycan hər zaman sivil dövlət olub. Lakin təəssüflər olsun ki, Sovet dövründə yaranmaqda olan cahillik artır və bir sıra hallarda qadına yuxarıdan aşağı baxırlar. Qızları bir sıra hallarda təhsildən yayındırırlar və s. Hesab edirəm ki, bu problemləri aradan qaldırmaq üçün xüsusi proqram olmalıdır. Ailələrin və qadınların qorunması üçün dövlət proqramı tərtib edilməli və proqrama uyğun ideoloji iş aparılmalıdır. Televiziya proqramlarında, sosial şəbəkələrdə qadınların hüquqları daim müdafiə olunmalı, təbliğat işi aparılmalıdır. Bundan başqa, Azərbaycana bir sıra informasiya vasitələri ilə mənfi tendensiyalar daxil olur. Belə qruplar cəmiyyəti əxlaqsızlığa yuvarlatmaq istəyirlər. Buna misal olaraq, süni feminist hərəkatını göstərə bilərik. Belə hərəkatlar ümumiyyətlə Azərbaycan xalqının xarakterinə uyğun deyil və indiyə kimi bizə heç bir xeyir gətirməyib. Həmin qruplar xaricdən alınan qrantlar hesabına fəaliyyət göstərirlər. Azərbaycan xalqını məhv edən, mənfi tendensiyalar yaradan belə hərəkatların fəaliyyəti yolverilməzdir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar