Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: KTMT Ermənistan və Azərbaycanın sərhədlərinin harada olduğunu göstərmir

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq niyyəti yoxdur. Əsas məsələ odur ki, Ermənistanın bu ölkələr qarşısında öhdəlikləri olduğu kimi, KTMT ölkələrinin də onun qarşısında öhdəlikləri var"...

Poliqon xəbər verir ki, bunu Ermənistan parlamentində keçirilən brifinqdə hakim "Mülki müqavilə" fraksiyasının üzvü Gevorq Papoyan deyib.

Erməni eputat bildirib ki, İrəvan KTMT-nin Ermənistana missiya göndərmək təklifini heç vaxt rədd etməyib, lakin respublikanın hakimiyyət orqanları bu kontingentin harada yerləşəcəyi ilə bağlı çox konkret sual verib və verirlər:

"Məsələn, avropalılar gələndə (Aİ-nin monitorinq missiyasını nəzərdə tutur-red.) deyirlər ki, bu təpə Ermənistan ərazisidir, o meşə isə Azərbaycandır. Yəni insanlar ölkələrin sərhədlərini açıq şəkildə müəyyənləşdirirlər. Amma həmkarlarımızdan soruşanda ki, bu təpə Ermənistanın ərazisidir? KTMT bizə ErmənistanAzərbaycan ərazisinin harada olduğunu demir. Onlar Ermənistanın haradan, Azərbaycanın haradan başladığını qeyd etməlidirlər".

Qeyd edək ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlayıb. Daha sonra Paşinyan ölkə parlamentində bəyan edib ki, KTMT öhdəliklərinə zidd olaraq Ermənistanın təhlükəsizliyinə təhdidlərə lazımi cavab verməyib.

Bundan sonra KTMT-nin Birləşmiş Qərargah rəisi Anatoli Sidorov "Sputnik Ermənistan"ın sualına cavab verərək bildirib ki, Ermənistan təşkilatdan çıxmaqla bağlı heç bir sənəd təqdim etməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Bu maşınları almaq istəyənlər üçün vacib dəyişiklik

Ən çox oxunanalar