Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağıstanın rəhbəri: Mahaçqala hava limanında iğtişaşlar Ukraynadan yönləndirilib

Sergey Melikov Mahaçqala hava limanında baş verənləri dövlətə xəyanət hesab edir...

Mahaçqala hava limanında iğtişaşlara Ukrayna ərazisindən gələn təşəbbüskarlar səbəb olub.

Poliqon “RİA. Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu iddiayla Dağıstanın rəhbəri Sergey Melikov çıxış edib. Eyni zamanda Dağıstan rəhbəri iğtişaşçılara dəstəyin rayonda baş verən sosial-iqtisadi dəyişikliklərə heç bir faydası olmayanlar tərəfindən verildiyini diqqətə çatdırıb.

“Etiraf etməliyik ki, iğtişaşların əsas dəstəkçiləri Dağıstanda sosial-iqtisadi dəyişiklikləri görmək istəməyənlərolub. Çünki dəyişiklikır onları qeyri-qanuni qazanclardan məhrum edir. uzun illər” , deyə Melikov bazar ertəsi, oktyabrın 30-da jurnalistlərə bildirib.

Dağıstan rəhbəri iğtişaşların təşkilatçıları və iştirakçıları barədə danışarkən qeyd edib ki, heç kim bağışlanmayacaq, iğtişaş törədənlərin hamısı qanun qarşısında məsuliyyət daşımalıdır. Melikov bir neçə cinayət işinin başlandığını bildirib və əlavə edib ki, bir çox cinayət faktları video və fotokameralarda qeydə alınıb.

Qeyd edək ki, Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra 60 nəfərin saxlanıldığı artıq məlumdur. Ümumilikdə hüquq-mühafizə orqanlarının əməkdaşları bir gün əvvəl baş vermiş aksiyaların 150-dən çox fəal iştirakçısını müəyyən ediblər. Mahaçqala hava limanında baş verən iğtişaşlar zamanı 20 polis əməkdaşı və nümayişçi yaralanıb.

Dağıstan rəhbəri hava limanında baş verən iğtişaşları kürəyə vurulan bıçaq zərbəsi adlandırıb. Onun sözlərinə görə, hava limanına soxulanların hərəkəti kobud qanun pozuntusudur.

Xatırlaadq ki, oktyabrın 29-da Mahaçqalada yerli sakinlər İsraildən gələn təyyarəyə basqın etməyə cəhd ediblər. Təl-Əvivdən təyyarə gələndən sonra onlar hava limanının iğtişa.çılar uçuş zolağına çıxıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Ən çox oxunanalar