Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Conson: Bu, Ağ Evə bir siqnal idi...

Nümayəndələr Palatasının sədri Ukrayna ilə bağlı mövqeyini açıqlayıb...

Poliqon xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Ceyms Maykl Conson iki ilə yaxındır Rusiyanın hərbi işğalını dəf edən Ukraynaya yeni hərbi yardımı dəstəkləməkdən imtina etməsini izah edib.

Conson CBS media şirkətinə müsahibəsində bildirib ki, tranşın əleyhinə səs verməklə o, Ağ Evə “siqnal göndərib” və heç də ukraynalıları dəstəkləməkdə qətiyyətsizlik nümayiş etdirməyib.

Respublikaçı spiker hesab edir ki, Ağ Evin davranışı Amerika xalqı üçün aydın deyil.

“Ukraynada müharibənin son mərhələsi nədir? Bizim strategiyamız nədir? Məqsəd nədir?” deyə Konqresin aşağı palatasının spikeri sual edib.

Bundan əlavə, Conson tranşın təsdiqlənəcəyi təqdirdə ABŞ hakimiyyətinin vəsaitlərin düzgün xərclənməsinə necə nəzarət edəcəyi ilə də maraqlanıb.

Siyasətçi ölkənin dövlət borcunun tarixdə ilk dəfə olaraq 34 trilyon dolları keçdiyini vurğulayıb.

Kiyevə yardım üçün pul göndərməklə Vaşinqton əslində onu başqa yerdən borc götürməli olacaq”, deyə respublikaçı siyasətçi qeyd edib. Conson əlavə edib ki, Respublikaçılar Vaşinqtondan yazılı şəkildə açıq cavablar istəyib, lakin bu cəhdlər uğursuz alınıb.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya hərbi yardımının yeni maliyyələşdirilməsi yalnız Konqresin təsdiqi ilə mümkündür. Lakin Demokratlar və Respublikaçılar hələlik bu məsələdə konsensus əldə etməyiblər.

Ağ Ev Kiyevə kömək üçün 61,3 milyard dollar istəyir. Respublikaçılar daxili problemlərin həllinə, o cümlədən ABŞ-ın Meksika ilə sərhədinin möhkəmləndirilməsinə və qeyri-qanuni miqrasiyanın miqyasının məhdudlaşdırılmasına əlavə vəsait ayırmadan bu tranşla razılaşmaqdan imtina edirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Samir Əsədlidən Yardımlı seçicilərinə mesaj: “Hər zaman yanınızda olacam”

Ən çox oxunanalar