Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Çimərliklərdə xüsusi təhlükə yoxdur, amma...” - Professordan xəbərdarlıq

“Yaxşı olardı ki, bəzi çimərliklər insanları ailəvi, bəziləri isə tək-tək qəbul etsin”.

PİA.az xəbər verir ki, bu barədə professor Adil Qeybulla deyib.

Professor qeyd edib ki, istənilən halda çimərliklər müəyyən təlimatlar əsasında fəaliyyət göstərməlidir: “Bilirik ki, çimərliklərin əksəriyyəti özəldir. Təlimatların başlıca göstəricisi ondan ibarət olmalıdır ki, çimərliklər insanları öz sahəsinə uyğun qəbul etsinlər. Bu məsələ sosial məsafənin gözlənilməsi baxımından aktualdır. Çünki insanlar dənizə girib çıxır, sahildə otururlar.

Məlumdur ki, insanlar dənizə ya ailəvi, ya da tək gedir. Bundan asılı olaraq bəzi müəyyənləşmələr aparılmalıdır. Yaxşı olardı ki, istirahətə gələnləri bəzi çimərliklər yalnız ailəvi, bəziləri isə tək-tək qəbul etsin. Çünki çimərliyin sahəsindən asılı olaraq insanlar sosial məsafəni gözləməlidirlər. Buna əsas prinsip kimi riayət olunmalıdır.

Çimərliklərdə dezinfeksiyaedici məhlullardan istifadə də yaxşı olardı. Açıq havada oturan və ya uzanan halda mümkün qədər bir-birilə məsafə saxlamaq məqsədəuyğundur. Çimərliklərdə xüsusi təhlükə yoxdur”.

Adil Qeybulla hesab edir ki, insanların çimərliyə necə gedəcəyi nəzərə alınmayıb: “Həftəsonu ictimai nəqliyyatın hərəkəti qadağan olunub, çox adamın da şəxsi avtomobili yoxdur. Buna görə çimərliklərə gediş-gəliş məsələsi nəzərə alınmalı idi.

İnsanların çoxu günəmuzd işləyir. Onlar adi günlərdə nəyləsə məşğul olurlar, amma sonra?! Həftəsonu çimərliyə necə getsinlər?! Məlumdur ki, çimərliyə piyada getmək mümkün deyil. Bu baxımdan bəzi nüanslar diqqətdən qaçıb.

Bir qrup tibb mütəxəssisi ilə Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərdiyimiz təkliflər paketində qeyd etmişdik ki, ilk növbədə təlimatlar hazılanmalıdır. Bu, çox mühümdür. İnsanların davranışları ilə bağlı təlimatlar olmasa, karantin qaydalarının yumşaldılması həmişə problem yarada bilər”.

Qeyd edək ki, Operativ Qərargahın məlumatına əsasən, avqustun 5-dən çimərliklərdən istifadəyə icazə veriləcək. (Teleqraf.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay