Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Osmanlıdan məhkəməyə verilməsi ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, sabiq deputat Ceyhun Osmanlı məhkəmə qarşısına çıxarılacaq. O banka olan kredit borcunu ödəmədiyi üçün ləğv prosesində olan “AGBANK” ASC tərəfindən məhkəməyə verilib. Məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 15-də Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyev tərəfindən keçiriləcək.

Sözügedən məsələ ilə bağlı C.Osmanlı Unikal.org-a zəng edərək bildirib ki, məhkəmədən ona borcu ilə bağlı heç bir bildiriş gəlməyib:

"Burada kiçik bir məbləğdən söhbət gedir. “AGBANK” ASC vaxtı ilə mənə verdiyi kartı ailə üzvlərimə təqdim etmişdim. Həmin kartdan məhz ailə üzvlərim istifadə edib. Borcumun olması ilə bağlı mənə məhkəmədən hər hansı bildiriş daxil olmayıb. Belə bir bildiriş gəlsəydi ödəyərdim. Onu da deyim ki, vaxtı ilə sözügedən bank məni məhkəməyə vermişdi. Lakin danışıqdan sonra bank iddiasını geri çəkmişdi".

Xatırladaq ki, Ceyhun Osmanlı 2010-cu ildə 63 saylı Sabirabad birinci seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar