Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Osmanlı deputat mandatını necə alıb?


Nurçularla əlaqəsi olduğu iddia olunan millət vəkiliin necə mandat alması barədə şok faktlar açıqlandı


Qiyas Sadıqov: “Türkiyədə Gülən məktəblərini qurtaran gənclərin böyük əksəriyyətini Sabirabada ezam eləmişdilər ki, Ceyhun Osmanlıya kömək etsinlər”

Son vaxtlar adı Azərbaycandakı nurçular sırasında daha çox hallanan, haqqında xarici kəşfiyyat orqanları ilə əlaqədə ittihamlar irəli sürülən deputat Ceyhun Osmanlının seçkilərdə rəqibi olmuş Qiyas Sadıqov “Yeni Müsavat”a şok açıqlamalar verib.2010-cu il parlament seçkilərində 63 saylı 1-ci Sabirabad seçki dairəsində Ceyhun Osmanlının ən güclü rəqibi olmuş Azərbaycan Xalq Partiyası sədrinin birinci müavini Qiyas Sadıqovun dediyinə görə, hələ seçkidən öncə rəqibinin nurçularla bağlılığı haqda məlumatı olub.

Eyni zamanda, seçki kampaniyası dövründə bu məlumatları təsdiqləyən çox ciddi proseslər baş verib: “Ceyhun Osmanlının nurçu olduğu haqda Sabirabadda bütün dövlət orqanlarında informasiya var idi. Çünki dövlət orqanlarının nümayəndələri müxtəlif yerlərdə bu barədə danışırdılar. Seçki kampaniyası dövründə və seçki günü Türkiyədə Gülən məktəblərini bitirən gənclərin böyük əksəriyyətini nurçu xətti ilə Sabirabada ezam eləmişdilər ki, Ceyhun Osmanlıya kömək eləsinlər. Onların bir çoxu hətta Ceyhun Osmanlını tanımırdılar. 

Sadəcə olaraq, onları idarə edən mərkəzin göstərişini yerinə yetirirdilər. Sabirabadda nurçuların çox böyük maliyyə axını olan şəbəkəsi fəaliyyət göstərirdi. Onlar Əkbər Əsgərov adlı şəxsi "Sabirabadın imamı" təyin etmişdilər. Sabirabadda çox maraqlı hadisələr baş verirdi. Rayondakı Şirə Zavodunun direktoru Əlabbas Şıxəliyev heç prezident seçkilərində gedib seçki məntəqələrində  beş dəqiqə dayanmırdı. Ancaq bu adam Ceyhun Osmanlının mandata sahiblənməsi üçün zavodun işçiləri ilə “karusel” təşkil etmişdi, bütün məntəqələrdə prosesə rəhbərlik edirdi. Rayonda belə bir söhbət yayılmışdı ki, Yasamal rayon prokuroru Ceyhun Osmanlıya kömək eləməyi tapşırıb. Bir sözlə, açıq görünürdü ki, çox böyük və çox güclü mərkəzdən idarə olunan şəbəkə fəaliyyət göstərir. Ceyhun Osmanlı faktiki olaraq, Prezident Administrasiyasında şöbə müdiri işləyən Elnur Aslanovun dəstəyi ilə deputat mandatına sahibləndi.






Türkiyədə oxuyan çoxlu sayda gənclərin Ceyhun Osmanlını tanımadıqları halda gəlib Sabirabadda fəaliyyət göstərməsi onların başqa yerdə idarə olunduğuna şübhə yeri qoymurdu. Sanki onları idarə edən mərkəzdən təlimat olmuşdu ki, Azərbaycan parlamentinə nə qədər mümkündürsə, çox sayda nurçu düşməlidir. Kənardan idarə olunan bir əlin vasitəsilə Ceyhun Osmanlı deputat oldu. Çünki adi halda onun Sabirabaddan deputat mandatı qazanması qeyri-mümkün idi".

Q.Sadıqov nurçuların bütün dövlət strukturlarına planlı şəkildə sızdığını bəyan etdi: “Şəxsi qənaətim belədir ki, yalnız Milli Təhlükəsizlik Nazirliyində onların adamları olmayıb. Çünki 2010-cu ildə seçki dövründə Sabirabadda MTN-nin müəyyən əməkdaşları nurçu xəttinə qarşı iş aparırdılar və Ceyhun Osmanlının deputat seçilməsində maraqlı deyildilər. Qalan heç bir dövlət qurumu bu şəbəkəyə qarşı heç bir fəaliyyət göstərmirdi. Əksinə, nurçu şəbəkəsinə şərait yaradılırdı. O dövrdə Sabirabadın icra başçısının birinci müavini Vəfadar Bağırov Ceyhun Osmanlının mandat alması üçün çox ciddi canfəşanlıq edirdi. Vəfadar Bağırov heç prezident seçkilərində İlham Əliyevin qələbəsi üçün elə canfəşanlıq etmirdi. Maraqlıdır ki, Ceyhun Osmanlı deputat mandatı əldə etdikdən sonra Vəfadar Bağırov mükafatlandırılaraq Prezident Administrasiyasının Ərazi idarəetmə şöbəsinə işə gətirildi. Məncə, Elnur Aslanovdan və Ceyhun Osmanlıdan başqa da dövlət strukturlarında özünə yer eləmiş çoxlu fiqurlar var. Onları təmizləyib qurtarmaq üçün vaxt və ciddi fəaliyyət lazımdır. Çünki maliyyə əlaqələrinə malik xaricdən idarə olunan şəbəkənin Azərbaycanın dövlət strukturlarında kök atması təhlükədir. Türkiyədə məlum hadisələrin baş verməsi əslində nəticə etibarilə Azərbaycanın xeyrinə işlədi. Bu hadisə baş verməsəydi, Azərbaycanda həmin şəbəkə dövləti tamamilə ələ keçirəcək səviyyəyə qədər genişlənəcəkdi”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar