Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütün dünyada edam cəzaları rekord qırır - Rəqəmlər

Beynəlxalq Amnistiya Təşkilatı 2022-ci ildə dünyada qeydə alınan edam cəzalarının sayının beş illik rekordu qırdığını açıqlayıb...

Poliqon xəbər verir ki, təşkilatın illik hesabatına görə, bu il 20 ölkədə ümumilikdə 883 nəfər edam edilib. Bu da 2021-ci illə müqayisədə 53 faiz artım deməkdir.

Məlumata görə, ölüm hökmlərinin 90 faizi İran, Səudiyyə Ərəbistanı və Misirdə icra olunur. Hesabatda ayrıca 2021-ci ildə İranda 314, 2022-ci ildə 576, eyni illərdə Səudiyyə Ərəbistanında 65-196, Misirdə isə 24 edam edilib.

Digər tərəfdən, hər il minlərlə insanı edam edən Çin statistikaya daxil edilməyib. Təşkilat, Çin ölüm hökmünün icrasını gizli saxladığı üçün faktları statistikaya daxil edə bilmədiyini açıqlayıb.

Şimali Koreya, Vyetnam, Suriya və Əfqanıstanda edam cəzasının icra olunduğu təsdiqlənsə də, bu ölkələrdə neçə nəfərin edam edildiyi barədə məlumat əldə etmək mümkün olmayıb.

Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Aqnes Kallamard hesabatla bağlı açıqlamasında “Yaxın Şərq və Şimali Afrika regionundakı ölkələr beynəlxalq hüququ pozaraq və insan həyatına biganəlik nümayiş etdirərək 2022-ci ildə edamların sayını artırıb”, deyib.

Təşkilat 2022-ci ildə Əfqanıstan, Küveyt, Myanma, Fələstin və Sinqapurun da ölüm hökmünü bərpa etdiyini vurğulayıb. Ümumilikdə, narkotiklərlə bağlı edamların 2022-ci ildə əvvəlki illə müqayisədə iki dəfə artdığl qeyd edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Ən çox oxunanalar