Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Buça və İrpin qətliamları... - Putin hərbi cinayətlərə görə mühakimə oluna bilər?

ABŞ prezidenri Co Bayden hərbi cinayətlər səbəbi ilə Putinin mühakimə olunması üçün çağırış edib...

Siyasi şərhçi: “Əgər Rusiyanın hərbi cinayətləri öz hüquqi təsdiqini taparsa, onda təbii ki, bu ölkənin siyasi sitemi də mühakimə olunmalıdır”.

“Beynəlxalq Hərbi Tribunala verilməsi ilə bağlı deyə bilərəm ki, hərbi tribunal siyasi prossesdir. Hərbi tribunallar yalnız məğlub olan tərəflər barəsində açılır və bir qayda olaarq qalib tərəf məğlub tərəfi mühakimə edir”.

Bu sözləri siyasi şərhçi Xəyal Bəşirov Ukraynanın Buça və İrpin şəhərində dinc əhaliyə qarşı edilən cinayətlərin cəzasını PİA.az-a şərh edərkən qeyd edib.

Ukraynanın Buça və İrpin şəhərində Rusiya ordusunun dinc əhalini dəhşətli işgəncələr verərək öldürməsi dünyanın əsas gündəm məsələsidir. Qeyd edək ki, Rusiyanın işğal etdiyi və martın 31-də geri çəkildiyi Ukrayna şəhərlərində dəhşətli mənzərələr üzə çıxıb. Küçələrdə çoxlu sayda meyidlər tapılıb və kütləvi qəbirstanlıqda bütöv ailələrin meyitləri aşkarlanıb. Öldürülənlərin əksəriyyətinin əlləri bağlanıb və başlarının arxasından güllə ilə vurulublar. Bir çox meyidlərdə dəhşətli işgəncə izləri görünür.

Dünya mediası bir neçə gündür soyqırım görüntülərini manşet xəbərlərdə təqdim edir. Dəhşətli kadrlar Qərb ölkələri liderlərini də hərəkətə keçirib.

ABŞ Prezidenti Co Bayden Kreml rəhbəri Vladimir Putini hərbi cani adlandırıb. ABŞ prezidenri Co Bayden hərbi cinayətlər səbəbi ilə Putinin mühakimə olunması üçün çağırış edib. Fransa Prezidenti Emmanuel Makron isə Rusiya siyasi rəhbərliyinin Beynəlxalq Ədalət Məhkəməsi qarşısında cavab verməli olduğunu bəyan edib. Ancaq Rusiya israrla ittihamları rədd edir, bunu Ukraynanın “provokasiyası” hesab edir. Xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəszilik Şurasının təcili iclasının çağırılmasını istəyib, amma Böyük Britaniya bu xahişi rədd edib.

“The New York Times”-ın Buça şəhərindən yaydığı peyk görüntüləri isə meyitlərin guya Rusiya əsgərləri çıxandan sonra peyda olması iddialarını yalanlayır. Qəzetdə dərc olunan məqalədə deyilir ki, Buçada dinc sakinlərin çoxunun meyiti üç həftədən çoxuydu küçələrdə idi. Həmin günlərdə şəhər Rusiya ordusunun nəzarətində olub.

Yerli şura üzvünün aprelin 1-də çəkdiyi videoda Buçada Yablonska küçəsində çoxsaylı meyitlər görünür. “The Times”-ın ABŞ-ın “Maxar Technologies” şirkətindən əldə etdiyi təsvirlər göstərir ki, meyitlərin azı martın 11-dən küçələrdə olub. Qəzetin vizual təhqiqatlar komandası dinc sakinlərin nə vaxt öldürüldüyünü araşdırmaq üçün peyk təsvirlərini təhlil edib. 9-11 mart tarixlərində Yablonska küçəsində insan bədəni boyda qara obyektlər görünür

Artıq qətliamın baş verdiyi şəhərlərə müstəqil prokurorlar gəlib və araşdırma aparılır.

Ukraynada baş verənlərə görə Rusiyanın siyasi və hərbi rəhbərliyinin Beynəlxalq Cinayət Məhkəməsində mühakiməsi gündəmdəir və Ukrayna rəhbərliyi də bunu tələb edir. Bəs baş verən qətlima görə Rusiyanın siyasi və hərbi rəhbərliyinin mühakiməsi mümkündür? Xüsusilə müharibədən sonra Putinin mühakimə olunması ehtimalını hansı səviyyədə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Xəyal Bəşirovla müzakirə edib.

Xəyal Bəşirov: “Əgər Rusiya qalib gələcəksə, yaxud da sülh danışıqlarının hər hansı məntiqi nəticəsi olacaqsa, düşünmürəm ki, hərbi tribunal gerçəkləşsin”.

Kimliyindən asılı olmayaraq Buça və İrpin şəhərlərində qan donduran əməlləri törədənlərin cinayətkar olduğunu vurğulayan hüquqşünas Xəyal Bəşirov PİA.az-a bildirib ki, hər bir halda əliyalın insanlara qarşı bu cinayətləri törədənlər ən ağır cəzaya layiq görülməlidir:

“Artıq bir neçə gündür ki, bütün dünyanın, beynəlxalq ictimaiyyət diqqətini Ukraynanın Buça və İrpin şəhərində insanların acınacaqlı qətlima məruz qalması faktı cəlb edib. Təbii ki, kimliyindən asılı olmayaraq o qan donduran əməlləri törədənlər cinayətkardırlar. Əliyalın insanlara qarşı bu cinayətlərin törədənlər ən ağır cəzaya layiq görülməlidir.

Baş verən proseslər göstərir ki, Qərbin Rusiyaya qarşı təzyiqləri davam edir və edəcək. Bundan əlavə Rusiya və Ukrayna arasında danışıqlar prosesində Türkiyə əsas oyunçuya çevrilib. Bu danışıqlarhəm də onlayn qaydada da davam etdirilir. Amma baş verən bu cinayət danışıqlar prosesinə ciddi mənfi təsir göstərir.

Əgər gələcəkdə bu cinayətlərin həqiqətən də Rusiya hərbiçiləri tərəfindən törədildiyi sübut edilsə, beynəlxalq aləmdə bu hadisə rəsmi olaraq soyqırım və hərbi cinayət kimi tanınacaq. Qeyd edim ki, bu məsələni Rusiyanın siyasi rəhbərləri təkzib edirlər.

Xəyal Bəşirov: “Rusiyanın siyasi və hərbi rəhbərliyini hansısa hərbi cinayətə görə mühakimə edə bilmək üçün öncə Rusiyaya qalib gəlmək lazımdır”.

Rusiyanın siyasi və hərbi rəhbərliyinin Beynəlxalq Hərbi Tribunala verilməsi ilə bağlı deyə bilərəm ki, hərbi tribunal siyasi prossesdir. Hərbi tribunallar yalnız məğlub olan tərəflər barəsində açılır və bir qayda olaarq qalib tərəf məğlub tərəfi mühakimə edir. Hitler qalib gəldiyi halda Nürnberq prosesinin olmasının ehtimalı vardımı. Bəlkə də olacaqdı, amma müttəhimlər kürsüsündə hitlerçilər oturmayacaqdı. Ona görə Rusiyanın siyasi və hərbi rəhbərliyini hansısa hərbi cinayətə görə mühakimə edə bilmək üçün öncə Rusiyaya qalib gəlmək lazımdır.

Əgər Rusiya müharibədə məğlub olacaqsa və Ukrayna ilə bağlı atdıqları addımlarda uğursuzluqlara düçar olacaqsa, təbii ki, Rusiyaya qarşı hərbi tribunanın açılması dünyanın diqqətində olacaq. Amma əgər Rusiya öz şantajları ilə qalib gələcəksə, yaxud da sülh danışıqlarının hər hansı məntiqi nəticəsi olacaqsa, düşünmürəm ki, hərbi tribuna gerçəkləşsin.

Beynəlxalq Cinayət Məhkıməsi ayrı-ayrı şəxslərin mühakiməsi ilə tam ədalətli görünmür. Önəmli olan bu cinayətlərin törədilməsinə imkan və yön verən siyasi sistemin mühakimə olunmasıdır. Bu sistemlər fərqli ideologiyalara sahib olan sistemlər də ola bilər və bu təbiidir. Əsas məqsəd hərbi cinayət törədən hər kəsin və hər bir siyasi sistemin məhkum edilməsi olmalıdır.

Xəyal Bəşirov: “Gələcəkdə bu kimi halların baş verməməsi üçün mütləq şəkildə həmin cinayətləri törədən şəxslər müəyyənləşdirilib, onlar barəsində bütün beynəlxalq hüququn normalarına uyğun olan ən ağır cəzalar tətbiq edilməlidir”.

Çox təəssüflə qeyd etməliyəm ki, son zamanlar dünyada güc sahib olanların maraqlarına uyğun olaraq hərbi cinayətkarlar mühakimə olunurlar. Buna misal olaraq Liviya, İraq, Yuqoslaviya və digər dövlətlərin siyasi liderlərinin mühakimələrini göstərmək olar. Lakin Azərbaycan xalqına, mülki Xocalı sakinlərinə, digər mülki şəxslərimizə qarşı törədilən hərbi cinayətlər bir çox Qərb, həmçinin rus siyasətçiləri tərəfindən görməməzlikdən gəlinir. Hətta görməməzlikdən də gəlinmir, onlar açıq şəkildə müdafiə olunurlar. Ona görə də ədalət ikili standartlara malik olmamalıdır.

Hesab edirəm ki, Buça və İrpin şəhərlərindəki cinayətlər müstəqil peşəkarlar səviyyəsində araşdırılmalı və qətliamı törədənlər müəyyən edilib ədalətə təslim olunmalıdır. Əgər Rusiyanın hərbi cinayətləri öz hüquqi təsdiqini taparsa, onda təbii ki, bu ölkənin siyasi sitemi də mühakimə olunmalıdır.

Hər bir halda bu ağır cinayətləri kimlərin törətməsinin asılı olmayaraq səbəbkarlar barədə ağır cəza tədbirlərin görülməsi zəruridir. Gələcəkdə bu kimi halların baş verməməsi üçün mütləq şəkildə həmin cinayətləri törədən şəxslər müəyyənləşdirilib, onlar barəsində bütün beynəlxalq hüququn normalarına uyğun olan ən ağır cəzalar tətbiq edilməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - Açıqlama

Əməkdar artist vəfat edən xanımından danışdı

Bank kartlarından oğurluq halları artıb: Qarşısını necə almalı?

Ən çox oxunanalar