Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar

Müəllif Hüquqları Agentliyi tərəfindən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırmaq üçün verilən nəzarət markalarını qəsdən məhv edən, saxtalaşdıran, qeyri-qanuni yolla hazırlayan, istifadə edən və ya satan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar


MHA-nın Əsərlərin qeydiyyatı və hüquq şöbəsindən “Report”a verilən məlumata görə, həmin əməllərə görə İnzibati Xətalar Məcəlləsinin 413-cü və Cinayət Məcəlləsinin 205-2-ci maddələrində cərimələr və müəyyən edilmiş müddətdə azadlıqdan məhrum etmə ilə cəzalar nəzərdə tutulub: 

Nazirlər Kabinetinin 9 iyun 2014-cü il tarixli 191№-li qərarı ilə təsdiq edilmiş “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nın 4.2-ci bəndinə uyğun olaraq nəzarət markası ilə markalanmalı olan mallara, məmulatlara və məlumat materiallarına tətbiq edilən nəzarət markası bu malların satışa çıxarılmasından və ya yayılmasından əvvəl hüquq sahibləri və hüquqları əldə etmiş fiziki və hüquqi şəxslər tərəfindən yapışdırılır”.

Qeyd edək ki, nəzarət markalarının tətbiqi əqli mülkiyyət məhsulları bazarında piratçılığın səviyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı salınmasına imkan yaradacaq. Artıq Təhsil Nazirliyinin müvafiq icazəsi əsasında dərsliklərin satış üçün əlavə nüsxələrinin çapına icazə almış bir sıra nəşriyyatların, o cümlədən “Şərq-Qərb” ASC, “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC, “Radius”MMC, “Aspoliqraf LTD” MMC və “Altun-Kitab nəşriyyatı”ının müraciətləri əsasında onlara Müəllif Hüquqları Agentliyi tərəfindən nəzarət markalarının verilməsi təmin olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Ən çox oxunanalar