Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il dövlət məşğulluq orqanları 50 mindən artıq işsizi işlə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti 2018-ci ilin 11 ayı ərzində 50211 işsiz və işaxtaran şəxsi işlə təmin edib

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çoxdur.

ƏƏSMN-dən bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ildə 7,3 minədək şəxs cəlb olunub. Onlardan bu günədək artıq 2,7 min şəxsə proqram çərçivəsində mal və materiallar verilərək kiçik ailə təsərrüfatları yaradılıb.

İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması məqsədilə işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib. Bu ilin yanvar-noyabr aylarında nazirliyin xətti ilə 2704 nəfər (o cümlədən Dövlət Məşğulluq Xidməti 2468 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi 236 nəfər) peşə hazırlığı kurslarına cəlb edilib.

Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr öyrədilib və kursları bitirən şəxslərə peşə şəhadətnamələri verilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar