Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Vətən Müharibəsi şəhidi Elşən Aslanovun doğum günüdür

Şəhid Elşən Aslanov "Vətən uğrunda" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib...

PİA.az xəbər verir ki, Elşən Aslanov 29 sentyabr 1999-cu ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində anadan olub. Orta təhsilini Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 saylı orta məktəbdə alıb. İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq xidmət keçmək üçün cəbbhəyə yollanıb. Gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

"Vətən uğrunda" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Bu gün VHP Qaradağ rayon təşkilatının və Qızıldaş qəsəbə özək təşkilatının üzvləri şəhid Elşən Aslanovun məzarını ziyarət ediblər.

VHP Qaradağ Rayon Təşkilatının Məclis üzvü, Qizildaş Bələdiyyəsinin üzvü Seymur Əsədli, VHP Qızıldaş qəsəbə özək təşkilatının sədri Anar Polad şəhid Elşən Aslanovun şücaətindən, vətənpərvərliyindən danışıblar. Qeyd olunub ki, Vətən Müharibəsi başlanan kimi Elşən könüllü döyüşə yola düşüb. Onun Vətənə, elinə, obasına məhəbbəti hər zaman diqqət çəkib. Amma Elşən Vətən məhəbbətini gerçək həyatında da sübut etdi. Tədbirə toplaşanlar bütün Şəhidlərimizin, o cümlədən Elşən Aslanovun xatirəsinin daim uca tutulacağını bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Ən çox oxunanalar