Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz sizə nələr vəd edir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik...

Qoç - Ayın Şir bürcü ilə münasibətləri bu gün emosiyaların çılğınlığını və gözləntilərin artımını vəd edir. Yaxınlarınıza, sevdiyiniz insana, ailə üzvlərinə diqqət ayırmağı unutmayın. Alış-veriş bu gün sizə həzz verə bilər.

Buğa - bu gün yaranan problemlərin aradan qaldırılması və səhvlərin çözülməsi ilə məşğul olacaqsınız. Verilən tapşırığı vaxtında yerinə yetirin. Özünüz tapşırıq verəndə, dəqiq və konkret olun. Başqalarına çalışsınlar deyə, iş tapmayın. Münaqişəli insanlar və situasiyalardan, insanların gur olduqları yerlərdən uzaq durun. Təhlükəli əşyalarla risk etməyin.

Əkizlər - aktiv olun, tənbəllik nümayiş etdirməyin. Bununla belə, macəralar aramayın. Günün ikinci yarısı sürprizlər bəxş edə bilər. Planlarınızı dəyişmək və ya açıqlama vermək istəsəniz, ilkin impulsun keçməyini gözləyin.

Xərçəng - bu gün həyatınız daha dolğun, daha zəngin olacaq. Şəxsən sizdən asılı olan uğurları və nəticələri möhkəmləndirin. Nədənsə imtina ehtiyacı yarana bilər. Lakin daha fərqli imkanlar yaranacaq. Qarşınızda yeni perspektivlər yarada biləcək işlə məşğul olun.

Şir - mürəkkəb və ağır gündür. Ürəyiniz, ruhunuz bayram istəyir, amma yaşamın ağır şərtləri buna imkan vermir. Günün ortasında ictimai yerlərdə çox qalmayın. Bahalı əşyalarınız və ya dəyərli nəsnənizə diqqət yetirin. Ona xəsarət yetirilə bilər. Qııcıqlanmayın, sinirli olmayın. Gərginlikdən qurtulmaq üçün imkanlar arayın.

Qız - bu gün təhlükəsiz zona və davranış üsulunu seçərək axınla hərəkət edin. Yaşamın və şəraitin ssenarisini başqalarının yönəltməsinə mane olmayın. Qayğıları da, təbii ki, başqaları çəkməlidir.

Tərəzi - ətrafınızdakı insanların sizə təsir, yaxud təziq etmələrinə imkan verməyin. Zənginiz və ya söhbətinizə sevinəcək insanla əlaqə saxlayın. Dostları unutmayın. Ailə üzvlərinin problemləri ilə mütləq şəkildə maraqlanın.

Əqrəb - iş yoldaşları, tərəfdaş və şəriklərlə ünsiyyətdə diqqətli olun, onların hisslərinə və emosiyalarına fikir verin. Onların danışmalarına imkan verin, bu adamları narahat edən məsələləri anlamağa çalışın. Günün ikinci yarısı çoxlu xəbər və ünsiyyət vəd edir. İşdən sonra evdə sakit oturmaq alınmayacaq. Harasa getməli, kiminləsə görüşməli olacaqsınız.

Oxatan - münasibətlərdə və ünsiyyətdə bütün məqamları aydınlaşdırmaq cəhdi əks tərəfin müqaviməti ilə qarşılaşa bilər. İfrat dərəcədə aktiv olmayın. Bu gün hətta tənbəllik edərək laqeydlik nümayiş etdirsəniz belə, uğur sizdən yan keçməyəcək. Gün sürprizlər vəd edir. Lakin onlar əvvəlki əyyamlarla müqayisədə çox olmayacaq. Bir sözlə, situasiyaya etibar edin.

Oğlaq - məqsədə doğru hərəkətənizə heç kimin və heç nəyin mane olmasına imkan verməyin. Fəaliyyətinizlə şəxsi həyatdakı münasibətlərinizi dəqiq planlaşdırın. Bu gün sizə prioritetləri müəyyənləşdirməyə və qüvvənizi ən effektiv şəkildə tətbiq etməyə imkan verəcək.

Dolça - Sizinlə bağlı gözləntisi olan insanla diqqətli və qayığkeş davranın. Səxavət göstərin. Davranışınız uzun müddət xoş təəssüratlar və xatirə yarada bilər. Axşam saatlarında istəklərinizdən birini reallaşdırın.

Balıqlar - çoxdan planlaşdırdığınız qəti qərarı və ya addımı realaşdıra bilərsiniz. Amma dağıdıcı ruhlu heç nə etməyin. Konstruktiv davranışı seçin. Sevdiyiniz insanla münasibətlərdəki çatları və uçurumları aradan qaldırmaq üçün qarşılıqlı iddialara son qoyun. Gərginliyi artırmayın.(Milli.Az)

Poliqon.info

 


Etiket: ulduz falı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Ən çox oxunanalar