Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu evlilik mənə lazımıydı?” - Elton


“Xanımıma demək istəyirəm ki, nə yaxşı mənim həyatımdadır. Allah bütün sevənləri xoşbəxt etsin, balalarımızın xoş günlərini bizə qismət etsin. Mən onu çox sevirəm və çox xoşbəxtəm”


Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elton Hüseynəliyev “Şou-məkan” proqramına açıqlamasında deyib. 

İfaçı bildirib ki, hər zaman həyat yoldaşı Tomaya qarşı diqqətlidir:

“Sevginin günü olmur. Bunu efir xatirinə demirəm. Mən tez-tez evə gül dəstəsi alıb aparıram. Diqqətli olmaq lazımdır. Xanımlar gülü çox sevirlər. Bu gün daha böyüyünü alıb aparmaq lazımdır.

22 yaşımda ailə qurdum. Başlarda ailənin nə olduğunu anlaya bilmirdim. Düzdür, övladım da olmuşdu. Ancaq mən o ağırlığı hiss edə bilmirdim. İndi 34 yaşım var və tam anlayıram ki, övlad və ailə nə deməkdir. İndi həm xanımımı, həm də övladlarımı daha çox istəyirəm.

İndi çalışıram vaxtımın çoxunu ailəmlə keçirim. Efirə gedib evə qayıdıram, uşaqlarımın məktəbdən gəlməsini gözləyirəm. Onlarla oyunlar oynayıram".

Elton ilk vaxtlar ailə qurmasına peşman olduğunu söyləyib:

“O vaxtlar hirslənəndə deyirdim ki, bu evlilik mənə lazımıydımı? Mənim sənətlə məşğul olan vaxtımıydı. Ancaq indi düşünürəm ki, yaxşı ki, tez ailə qurmuşam. İndi övladlarım böyüyüb.

İndi deyirəm ki, qızlarıma qurban olaram. Dostlarımın oğlan övladlarını görürəm, deyirəm oğlan böyütmək çox çətindir. İpinin üstünə odun yığmaq olmur. Qız ata-anaya tabe olan bir övladdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar