Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya İslam Kərimovun qızının 20 milyonluq əmlakını müsadirə edib...

Böyük Britaniyada Gülnarə Kərimovanın 20 milyon funt sterlinqdən çox olan əmlakı müsadirə edilib...

Poliqon Özbəkistan mətbuatına əsasən xəbər verir ki, Böyük Britaniyanın Korrupsiyaya qarşı Mübarizə İdarəsi (Serious Fraud Office, SFO) Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya məxsus üç dəbdəbəli mülkləri müsadirə edib.

Qeyd edilir ki, bu mülklər Londonun Belqraviya məhələsindəki iki mənzil və Surrey qraflığındakı malikanədir. Onların ümumi dəyəri 20 milyon funt-sterlinqdən çox qiymətləndirilir. SFO-nun məlumatına görə, Gülnarə Kərimova və ailəsi bu əmlakı Özbəkistandakı korrupsiya fəaliyyətlərindən əldə edilən gəlirlərlə alıb:

“Kərimova 2004-2012-ci illər arasında telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına çıxış əldə etməkdə köməklik göstərmək müqabilində yüz milyonlarla dollar rüşvət alıb”, deyə SFO-nun məlumatında bildirilir.

Qeyd edək ki, SFO 2018-ci ilin oktyabrında Kərimovanın Britaniyadakı aktivlərinə, o cümlədən həmin mənzillərə və malikanəyə həbs qoyulması üçün məhkəməyə müraciət edib. Böyük Britaniyanın Ali Məhkəməsi avqustun 8-də bu iddianı təmin edib.

Xatırlaadq Gülnarə Kərimova hazırda həbsdədir və sabiq prezidentin qızı cəzasını Özbəkistanda cəzaçəkmə müəssisəsində çəkir. 2015-ci ilin avqustunda Kərimova hədə-qorxu ilə pul tələb etməkdə və vergidən yayınmaqda təqsirli bilinib, 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ilin martında Daşkənd Şəhər Cinayət Məhkəməsi cinayət birliyi yaratmaq, hədə-qorxu ilə tələb etmə və mənimsəmə maddələri ilə bağlı yeni cinayət işində Kərimovanın həbs cəzasını 13 il 4 aya qədər artırıb.

Gülnarə Kərimovanın İsveçrə, Fransa, ABŞ və bir sıra digər ölkələrdəki aktivlərinin ümumi məbləği 1,3 milyard dollardan çox qiymətləndirilir. Özbəkistan hökuməti onların bir qismini geri qaytarmağa çalışır.

2017-ci ilin dekabrında ABŞ Xəzinədarlığı Kərimovanı “qlobal Maqnitski Aktı”na əsasən sanksiya siyahısına daxil edib. Maliyyə Nazirliyinin məlumatına görə, Kərimova dövlət subyektlərini bizneslərin müsadirə edilməsinə, bazarların inhisara alınmasına, rüşvət tələbinə cəlb edən güclü mütəşəkkil cinayətkarlıq sindikatına rəhbərlik edib və hədə-qorxu ilə pul tələb edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Prezident general-mayoru rütbəsindən məhrum edib

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Ən çox oxunanalar