Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya demokratiyası üçün çətin sınaq

“Breksit” müzakirələri iqtidar və müxalifət partiyalarından qopmalara səbəb olub, baş nazir Tereza Meyin 3 mərhələli planı qəbul olunmasa növbəti referendum gündəmə gələ bilər

Gələn ay “Breksit” prosesi çatır və bununla da İngiltərə AB-dən çıxacaq. Ancaq hazırda bu mövzuda İngiltərə siyasətində ciddi fikir ayrılıqları var və baş nazir Tereza Mey parlamentə yeni “yol xəritəsi” təqdim edib.

BBC-nin məlumatında deyilir ki, baş nazir Mey “Breksit”in müəyyən müddət ərzində ləngidilməsini istəyir. O da məlum olub ki, ana müxalifət İşçi Partiyasının sədri Ceromi Korbin şərtlər təmin olunmayacağı təqdirdə yeni referendumun keçirilməsini təklif edib. Baş nazir Mey isə çərşənbə axşamı günü bildirib ki, martın 12-dək anlaşmanın yekun variantını deputatların səsverməsinə təklif edəcək.

Xatırladaq ki, Böyük Britaniyanın AB-dən çıxması ilə bağlı referendum 2016-cı ilin 23 iyununda keçirilib və ölkə seçicilərinin 52 faizə yaxını Avropa İttifaqından ayrılma qərarını dəstəkləyib. Eyni zamanda “Breksit” (AB-dən ayrılma - K.R.) planına əsasən 2019-cu ilin martında Birləşmiş Krallıq AB-dən tamamilə ayrılacaq. Ancaq bəzi anlaşmalar 2020-ci ilə qədər qüvvədə qalacaq.

Lakin məsələ ondadır ki, İngiltərənin AB-dən ayrılması prosesi heç də rəvan keçmir. Britaniya baş naziri Mey bildirib ki, Avropa Birliyi İngiltərənin Avropa İqtisadi Zonasında və Gömrük İttifaqında qalması, ya da AB ilə yalnız bir sərbəst ticarət anlaşması imzalanmasını təklif edir.

Yeri gəlmişkən, bundan öncə İşçi Partiyası çıxış yolu kimi növbədənkənar parlament seçkilərinin keçirməyi təklif edib, ancaq baş nazir Mey seçkilərə razı deyil. Məsələ ondadır ki, hazırkı İngiltərə hökuməti Breksiti dəstəkləyir. Bu səbəbdən də Mey hökumətinin geri addım atması praktiki olaraq real deyil. Ancaq digər tərəfdən, prosesin özü dalana dirənib.

BBC bildirir ki, əgər Meyin təklifi parlamentdən keçməsə, o zaman 3 mərhələli yeni ayrılma təqvimi müəyyən ediləcək. Birinci mərhələdə martın 12-də AB ilə mübahisəli mövzuların yenidən müzakirəsini təklif edən anlaşmanın yekun variantının parlamentə təklif olunmasıdır.

Britaniya parlamenti bu layihəni dəstəkləməyəcəyi təqdirdə razılaşma olmadan AB-dən ayrılma ilə bağlı təklif martın 13-də parlamentin müzakirəsinə təklif olunacaq.

Əgər Britaniya parlamenti heç bir anlaşma olmada AB-dən ayrılmaq planını qəbul etməsə, o zaman baş nazir 3-cü mərhələdə “Breksit”in qısa müddətə təxirə salınması ilə bağlı təklifi martın 14-də parlamentin müzakirəsinə təklif edəcək.

Ancaq baş nazir Mey hələ də ümidlidir, təyin olunmuş vaxtda, yəni martın 29-da Britaniyanın AB-dən ayrıla biləcəyinə inanır. Üstəlik Avropa Parlamentinə seçkilər keçirilməsi səbəbindən əgər “Breksit” təxirə salınarsa proses iyunun sonlarına qədər uzana bilər.

Bu arada ana müxalifət öz təkliflərini parlamentə təqdim edib. Təkliflər Britaniya ilə AB arasında “əhatəli bir gömrük birliyi” və “ortaq bazara yaxın bir əməkdaşlığı” nəzərdə tutur. Bundan başqa Korbinin partiyası təklifləri keçməyəcəyi təqdirdə “ölkəyə zərər verəcək mühafizəkar breksitin qarşısını almaq məqsədi ilə” yenidən referendum təklif edir. Lakin ikinci referendum hələlik qeyri-müəyyəndir və bu zaman seçicilərin nəyin araslnda seçim edəcəkləri bəlli deyil. İşçi Partiyası “AB-dən çıxma və ya üzvlüyə davam etmə” sualının qoyulmasını istəyir.

Məsələ ondadır ki, İngiltərə seçicisi “Breksit” planını, yəni AB-dən ayrılmanı 52 faiz səslə dəstəkləsə də, ölkə siyasətinin iki aparıcı partiyasında da bu mövzuda dərin fikir ayrılıqları var. Bu günlərdə müxalif İşçi Partiyasından 9 deputat Korbinin referendum mövzusunda kifayət qədər fəallıq göstərmədiyini əsas gətirərək istefa verib.

Hazırda İşçi Partiyasından ayrılan 8 deputat və Mühafizəkar Partiyadan ayrılan 3 deputat birləşərək “müstəqillər” qrupu yaradıb. 11 nəfərlik qrup ölkədə yeni referendum keçirilməsini təklif edir. Ancaq hazırkı şərtlərdə referendumun keçirilməsi real görünmür. Lakin bu halda hər iki partiyada, xüsusən də Meyin Mühafizəkarlar Partiyasında qopmalar ola bilər.

Məsələ ondadır ki, İngiltərənin AB-dən ayrılması ilə bağlı fikir birmənalı deyil. Ötən ilin sentyabrında keçirilən növbəti Brüssel-London danışıqları gərginliklə müşayiət olunub və nəticəsiz başa çatıb. AB komissiyasının prezidenti Donald Tusk İngiltərənin ayrılma planının işə yaramadığını bildirib.

Məsələ ondadır ki, Avropa Birliyi daha sərt mövqe tutaraq ayrılmanın İngiltərə üçün ciddi nəticələr doğuracağını düşünür. Belə ki, Avropa Birliyi İngiltərənin Avropa İqtisadi Zonasında və Gömrük İttifaqında qalması, ya da AB ilə yalnız bir sərbəst ticarət anlaşması imzalanmasını təklif edir. Britanaiya hökumətinin təklif etdiyi şərtləri isə AB rəhbərliyi qəbul etmir.

Lakin bəzi ekspertlərə görə, Britaniyanın AB-dən çıxması ada dövləti üçün o qədər də ağır nəticələr doğurmaya bilər. BBC-nin məqaləsində qeyd olunur ki, İngiltərə iqtisadiyyatı “Breksit”dən gözlənilən qədər ağır zərbə almayıb. Çünki daha əvvəl əsas proqnoz belə idi ki, AB-dən çıxarsa, Britaniya iqtisadiyyatı ağır zərbə alacaq. Ancaq hələlik İngiltərə iqtisadiyyatında o zərbə hiss olunur, doğrudur, hələlik Britaniya AB-dən tamamilə çıxmayıb. Xarici yatırım isə sadəcə, 1 faiz azalıb. Ancaq bunun əvəzində Britaniya valyutası olan funt-sterlinq dollar qarşısında 15 faiz dəyər itirib. Lakin hər iki tərəf, həm Avropa Birliyində qalmaq, həm də ayrılmaq tərəfdarı olan siyasətçilərin özlərinin arqumentləri var və belə görünür ki, yekdil qərar qəbul etmək xeyli çətin olacaq.(“Yeni Müsavat”)

pia.az


Etiket: Demokratiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ən çox oxunanalar