Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük siyasətin “küçə” müharibəsi: Qlobalizmin taleyi necə həll olunur?..

“Qlobal kapital gedəcək, əvəzinə iş adamlarının olmadığı fərqli bir sistem gələcək”, fikri qüsurludur. Belə bir şey mümkün deyil...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 12 may 2020-ci il

Böyük müharibəni başa düşmək üçün bu gün Amerikadan bəhs edək. Fərqli oyunçuların eyni düşərgələr uğrunda apardığı mübarizə davam edir. Moskva, London, Paris, Roma, Berlin, Pekin və ya Ankarada. Oradakı yekun müharibə hər yerdə davam edir.

2 il əvvələ qayıdaq. Prezident Donald Tramp Obama dövründəki MKİ prezidenti Con Brennenin məxfi sənədlərə baxmaq səlahiyyətini ləğv erti. Bu tez-tez baş verən bir hadisə deyildi, ancaq oldu. Səbəb olaraq da Brennenin bu gücdən əsassız və cəsarətli ittihamlar irəli sürmək üçün istifadə etdiyi iddia edilib. Məsələn, Tramp Finlandiyada Putinlə görüşdükdən sonra Brennen verdiyi açıqlamada “xainlikdən fərqi yoxdur”, demişdi. Eyni mövzu içində FBT-nin keçmiş prezidenti Ceyms Komey, keçmiş Milli Kəşfiyyat İdarəsinin prezidenti Ceyms Klapper, sabiq MKİ prezidenti Maykl Hayden, sabiq Milli Təhlükəsizlik müşaviri Suzan Rays kimi simalar da var idi. Çünki hamısı Demokrat Obama ilə işləyirdi.

Gəlin bir az daha açıqlayaq. Keçən həftə “The Economist”in üz qapağından danışmaq lazımdır. “Main Street” və “Wall Street”in də həmçinin. Bu mübarizə yeni deyildi.

Ata və oğul Buş “Main Street”i müdafiə edərkən ABŞ-ın güclü olması üçün bu küçənin önəmini gizlətmirdilər. Bill KlintonBarak Obama isə “Wall Street” nə qədər güclü olsa, Vaşinqtonun da Supergüc mövqeyini daha da gücləndirəcəyinə inanırdı. Respublikaçılarla Demokratlar arasındakı əsas fərq bu idi. Buradan da Respublikaçılar və Demokratların ideologiyasını asanlıqla başa düşmək mümkün idi.

2000-ci ildə “Main Street” və “Wall Street” toqquşmağa başlamışdı. Sonra da əkiz qüllələr terroruna şahid olduq. Dünya rəsmən sarsılırdı. Heç kim nə olduğunu başa düşmürdü. Halbuki ABŞ-da dünya müharibəsi başlamışdı. Oraya sığışa bilmədiyi üçün İraq və Əfqanıstana qədər uzandı.

2008-ci ildə yenə iki atışma ortaya çıxdı. Gərginlik yenidən yüksəldi. Nəticə isə gecikmədi. 2009-cu il İpoteka sarsıntısı dünyanı iqtisadi böhrana sürüklədi. Böhran ABŞ-da olsa da, zərər çəkənlərin xeyli hissəsi kənardakılar idi. Bir çox bank iflas etdi.

150 yaşlı nəhəng Lehman Qardaşları iflas etdiyini açıqladı. Ən böyük zərbə isə “Wall Street”ə dəydi.

Bunlar həmişə görünməyən böyük müharibənin nəticələri idi. ABŞ-dakı böhranı ABŞ-ın şəxsi böhranı olaraq görürdülər. Elə görünür ki, böyük finala yaxınlaşırıq. Əvvəldən bəri koronavirusun sağlamlıq problemi və təhdidi olduğuna inanmadım. Əlbəttə, insanlar ölür və xəstəxanalar dolub daşır. Lakin bu, “Main Street”in “istəyirsinizsə, döyüşək, yüz milyonlarla insanın ölsün”, təhdidindən sonrakı variant idi və həyata keçmişdi. Yəni biz üçüncü ən böyük qarşılaşma olaraq koronavirusla üz-üzə qaldıq: 2001-ci ildə əkiz qüllələr hücumu, 2009-cu ildə iqtisadi böhran, 2020-ci ildə isə koronavirus və iqtisadi böhran.

Əlbəttə ki, “Wall Street” və “Main Street” birlikdə işləyən zaman işlər səhv gedirdi. Onsuz da bu səhvlər müharibəni gətirir. “Wall Street”, sərmayə və onların istehsalı fərdi investorlardan asılıdır. “Main Street”in arxasında Dərin Amerikanın olduğu bir evdir. “Wall Street” “Main Street”ə və ya əksinə, “Main Street” “Wall Street”ə ehtiyac duyurdu. İndi isə müharibə başlayıb və biri qalib gələcək.

Yüz minlərlə insan ölüb, 1 milyon insanın da ölümü gözlənilirdi. Bu ehtimal azalsa belə yenə də var. Pul və gücün yenə bir tərəfdə toplanması üçün müharibə başlayıb. Bəzən qlobal kapital qalib gəldi. Bu variant həmişə mövcud idi. Ancaq bu dəfə çox risk edirlər. Bu səhvə yol verməmək də çox vacibdir: “Qlobal kapital gedəcək, əvəzinə iş adamlarının olmadığı fərqli bir sistem gələcək”. Belə bir şey mümkün deyil.

“Apple” şirkəti yenə olacaq. “Microsoft” yenidən böyük pullar qazanacaq. “Amazon” yenə öz işinə davam edəcək. Yeni sistem böyük iş adamlarının dəyişməsinə səbəb olacaq. “Forbes”də 554-ci olan olan bir iş adamı bir anda “Amazon”un rəhbəri olacaq. Tim Kuk təqaüdə çıxacaq, “Apple”ın yeni sahibi adını heç eşitmədiyimiz bir iş adamı olacaq.

Bu ehtimalın çox çətin olduğunu deyənlər bir virusun dünyanı dayandıracağına da inanmırdılar. Amma oldu.

Yeni bir plan hazırlanıb. İndiyə qədər heç sınanmamışdı. İspan qripi laboratoriyada hazırlanmamışdı. Lakin bu dəfə vəziyyət başqadır. İqtisadiyyatın heç bilinməyən bir böhrana doğru sürüklənəcəyi bilinirdi. Böyük bir çöküş planlaşdırılıb. Əlbəttə ki, yeniləmənin necə olacağı da vacib idi. Xüsusilə, “Main Street” və “Wall Street” də gələcək kredit mərkəzidir.

FED ”Wall Street”ə böyük dəstək verib. Bir neçə gün əvvəl isə FED “Main Street”ə də verdiyi kredit dəstəyini artırdığını bildirib. Lakin FED “Wall Street”ə verdiyi kreditdə daha yüngül qaydalar tətbiq etsə də, “Main Street”ə veriləcək kreditin qarşılığında, demək olar ki, şirkətlərə ortaq olmaq istəyirdi.

Dərin Amerika da Mayk Pens vasitəsilə dərhal bu planı pozub. FED-in bu addımının qarşısını alıb. Başqa sözlə, qlobal kapitalın FED vasitəsilə “Main Street”ə etdiyi hücum dəf edilib. Dərin Amerikanın əlində FED olmadığından, ya silahla, ya da FTB ilə “Wall Street”ə qarşı bir hücum planlaşdırır.

Silahlar sui-qəsd üçün, FTB isə qlobal kapital həbslərində istifadə edilə bilər. Hansını seçəcəyini tezliklə görəcəyik. Bir çox sui-qəsdlər həyata keçirilib. FTB ilə MKİ arasında səlahiyyət xaosunun artması da ikinci ehtimalın gücləndiyini göstərir.

Çünki qlobalistlər MKİ daxilində hələ də güclüdürlər. Hər nə qədər Cina Haspel Dərin Amerikadan olsa da, casusların ciddi bir hissəsi və əməliyyat vahidləri qlobalistlərin yanındadır.

Bu nöqtədə əvvələ qayıtmaq lazımdır. Prezident Trampın Brennana mane olduğu gün müharibənin ilk addımı atılmışdı. İndi nələr olacağını keçmiş MKİ direktoru Brennan vasitəsilə görəcəyik. İki “street”dən (küçə) biri gedəcək. Tak küçə tək qütblü dünyası deməkdir.

Kimin kim olduğunu anlamaq üçün Rusiya ilə bağlı aparılan müzakirələrə də baxın. Buradan davam etsəniz, həm ABŞ-ın daxilini, həm də dünyanı başa düşərsiniz. Bütün tərəfləri və bütün siyasətçiləri daha aydın başa düşərsiniz. Şifrə Rusiyadır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Ən çox oxunanalar