Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Britaniya Ukraynaya Sevastopol və Krım körpüsünü vura bilən raketlər verib

Britaniya Ukraynanı 250 km-dən çox mənzilli “Storm Shadow” qanadlı raketləri ilə təchiz edib...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalının məlumatında bildirilir. Kanal bir neçə yüksək rütbəli Qərb rəsmilərinə istinadən xəbər verir ki, 250 km-lik məsafə Ukraynanın nəzarətində olan ərazilərdən Sevastopol və Krım körpüsü ərazisindəki hədəflərə çatmaq üçün kifayət edə bilər.

ABŞ-ın yüksək rütbəli məmuru CNN-ə bildirib ki, bu raketlərin çatdırılması hücum məsafəsi baxımından Ukrayna üçün oyunu dəyişdirir. Mənbə qeyd edib ki. Bu raketlər Kiyevə müharibə başlayandan bəri istədiyi imkanları verir.

CNN-in mənbəsi qeyd edib ki, London Kiyevdən raketlərin yalnız Ukraynanın suveren ərazisində istifadə olunacağına və Rusiyanın dərinliklərinə doğru yönəlməyəcəyinə dair zəmanət alıb. Böyük Britaniya Krımı Ukrayna ərazisi olaraq tanıyır və təbii olaraq yarımadadakı hədəflərin vurulması London üçün legitim hədəf hesab olunur.

CNN qeyd edir ki, “Storm Shadow”un uçuş məsafəsi 250 km-dən çoxdur. Bu, onun Xersondan Sevastopola uçması üçün kifayətdir. Simferopol və Evpatoriya da onun fəaliyyət radiusunda olacaq.
Ukraynanın nəzarətində olan ən yaxın məntəqədən Krım körpüsünə qədər olan məsafə təxminən 257 km-dir.

“Storm Shadow” qanadlı raketləri çatdırılmazdan əvvəl Ukrayna 80 km-ə qədər məsafədə hücumlar həyata keçirə bilirdi. Buna GMLRS raketləri və Amerikanın HIMARS qurğuları imkan verirdi.

Qeyd edək ki, bu Britaniyanın Ukraynaya qarşı ilk belə jesti deyil. Yanvarın 14-də Böyük Britaniyanın baş naziri Rişi Sunak Qərb ölkələri arasında ilk olaraq Ukraynanı müasir “Challenger 2” tankları ilə təmin edəcəyinə söz verdi.11 gün sonra, yanvarın 25-də ABŞ prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinə “Abrams” tanklarının tədarük edildiyini açıqladı. Həmin gün Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit Almaniyanın Ukraynaya “Leopard 2” tankları tədarük edəcəyini açıqladı.

2022-ci ilin oktyabr ayından Ukrayna ABŞ-dan 300 km-ə qədər mənzilli ATACMS ballistik raketlərini tədarük etməyi xahiş edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Ən çox oxunanalar