Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT iclasından sonra Ermənistan gərginliyi son həddə çatdırmaq istəyir...

BMT Təhlükəsizlik Şurasında keçirilən iclasdan sonra isə Ermənistan yenidən gərginliyi son həddə çatdırmağa və bundan faydalanmağa çalışır...

Siyasi-şərhçi: “BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclası, erməni lobbisinin son cəhdləri idi”.

“Lazım olarsa, diplomatik arenada ermənilərə verdiyimiz dərsi, hərbi meydançada verməyə hazırıq”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli ermənilərin “Humanitar blokada” şousunun sonunu Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə sənəd qəbul edilmədi. Eyni zamanda BMT Təhlükəsizlik Şurasında “Ağdam-Xankəndi yolu” ifadəsinin tez-tez səslənməsi faydalı idi. Vaşinqton və London Bakı ilə münasibətləri korlamaq istəmədilər, “Laçın yolu açılmalıdır” deməklə isə İrəvanı razı salmağa çalışdılar. BMT-də keçirilən iclasdan sonra isə Ermənistan yenidən gərginliyi son həddə çatdırmağa və bundan faydalanmağa çalışır.

Bütün bu işlərin sonu necə görünür? “Humanitar blokada” söz-söhbətinə son verilməsi üçün ermənilər Ağdam-Xankəndi variantını qəbul etməsələr, proses necə inkişaf edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının sədri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Ermənilər son şanslarını sınadılar və anladılar ki, onların beynəlxalq arenada əldə edəcəyi heç bir şey qalmayıb”.

Toplantı iştirakçılarının bəzən həqiqət, bəzən erməni təbliğatına uyaraq qərəzli çıxışlarına baxmayaraq, onların hamısının bir ortaq nöqtəsinin - Azərbaycanın ərazi bütövlüyü məsələsi olduğunu vurğulayan ekspert Poliqon-a bildirib ki, hər kəs bir daha bunu təsdiqlədi:

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclası, erməni lobbisinin son cəhdləri idi. Bu iclasın yekununda ermənilər tam fiaskoya uğradılar.

Eyni zamanda Azərbaycan diplomatlarının hazırlıqlı çıxışları, erməniləri fakt qarşısında qoymasıda iclasın bəzəyi oldu. Ermənilərin yalanları hamının gözü qabağında ifşa edildi. Yekunda iclas ermənilər üçün tamamilə nəticəsiz qaldı. Ermənilər çox gözlədikləri anti-Azərbaycan qətnaməsinə nail ola bilmədilər.

Toplantı iştirakçılarının bəzən həqiqət, bəzən erməni təbliğatına uyaraq qərəzli çıxışlarına baxmayaraq, onların hamısının bir ortaq nöqtəsi - Azərbaycanın ərazi bütövlüyü məsələsi oldu. Hər kəs bir daha bunu təsdiqlədi.

Kamran Məmmədli: “Ermənilər çox gözlədikləri anti-Azərbaycan qətnaməsinə nail ola bilmədilər”.

Hesab edirəm ki, bunu Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirmək olar. Uzun zamandır diplomatik arenada ermənilərdən geridə qalsaq da, bu tendensiya artıq bizim üçün müsbətə doğru dəyişməkdədir. Düşünürəm ki, ermənilər son şanslarını sınadılar və anladılar ki, onların beynəlxalq arenada əldə edəcəyi heç bir şey qalmayıb.

Bundan sonra ermənilərin iki yolu qalır.

1. Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh müqaviləsinə imza atmaq. Fikrimcə, doğru qərarda məhz budur.

2. Dünyada işğalçı ölkə kimi tanınan Rusiyanın təxribatlarına uyaraq separatçılara dəstək vermək. Ancaq sonuncu seçim onlar üçün ən uğursuz və yanlış seçim olacaq.

İkinci Qarabağ müharibəsindən sonra “Qisas əməliyyatları” bir daha Azərbaycan ordusunun qətiyyətini nümayiş etdirmişdir. Lazım olarsa, diplomatik arenada ermənilərə verdiyimiz dərsi, hərbi meydançada verməyə hazırıq. Fikrimcə Paşinyan hakimiyyətidə bunu çox gözəl anlayır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar