Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT: “2017-ci ildə dünyada 271 milyon şəxs narkotikdən istifadə edib”  

2017-ci ildə dünyada 271 milyon insan kannabis, kokain, opium və sintetik narkotikdən istifadə edib. Narkotik maddələrə görə 35 milyon insana həkim yardımı lazım olub

Bu məlumat BMT-nin Narkotiklər və cinayətkarlıq üzrə idarəsi tərəfindən hazırlanan “Narkotiklər haqqında ümumdünya hesabatı-2019” adlı sənəddə göstərilib.

BMT ekspertlərinin informasiyasına görə, hesabat dövrü ərzində narkotik asılılığa görə tibbi müdaxiləyə ehtiyac duyan şəxslərdə 5 milyonluq artış var. Adları çəkilən maddələrdən bir ildə ölənlərin sayının isə 585 min olduğu bildirilir.

Dünyada ən çox yayılan narkotik növü isə kannabis hesab olunur. Ən təhlükəlisi isə ildə ən az yarım milyon insanın canını alan heroin və opium sayılır.

2017-ci ildin ilk rübündə istehsal olunan kokainin həcmi 1976-cı ildən bu yana 25% artıb. Bu maddənin hazırlanma mərkəzi isə Kolumbiya hesb olunur. (70%) Kokainin əsas istehlak bazarı Şimali Amerika, Qərbi və Şərqi Avropa ölkələridir. Heroinin əsas istehsal mənbəyi Əfqanıstandır. Onun Balkan ölkələri vasitəsilə Avropaya ötürüldüyü bilinir.

Qeyd olunur ki, BMT Baş Assambleyasının 1987-ci ilin dekabrın 7-də qəbul etdiyi qətnamə ilə bu gün, yəni iyunun 26-sı həm də Beynəlxalq narkotik vasitələrdən sui-istifadə və qanunsuz dövriyyəsi ilə mübarizə günü kimi qeyd olunur.(musavat.com)

pia.az


Etiket: BMT

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Ən çox oxunanalar