Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bloomberg: "İranla ticarət əlaqələrini qadağan edən ABŞ özü bu əlaqələri davam etdirir"

ABŞ sanksiyalar tətbiq edərək dünya dövlətlərini İranla iqtisadi əlaqələr qurmağı qadağan etdiyi halda özü İrana məhsul satmaqda davam edir

AZƏRTAC “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, sanksiyaların sərtləşməsindən bir gün sonra ABŞ-ın Lonqvyu limanından çıxan və 56 951 ton soya yağları, dənli və paxlalı bitkilərdən ibarət yük gəmisi İranın İmam Xomeyni limanına yönəlib.

Agentlik xəbər verir ki, cari ilin iyul ayından bu günə kimi ABŞ-dan İrana 13 yük gəmisi yola salınıb. Çin soya, dənli və paxlalı bitkilərin idxalı üzrə dünyada liderdir. Lakin rəsmi Vaşinqtonun Çin ilə apardığı ticarət “müharibəsi” ABŞ istehsalçılarına yeni bazarlar axtarmağa vadar edib.

Agentliyin məlumatına görə, cari ildə ABŞ İrana 873 420 ton soya, dənli və paxlalı bitki məhsulları ixrac edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - Açıqlama

Ən çox oxunanalar