Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir sıra ölkələr Ukraynadan taxıl almağı dayandırıb

Bu ilin iyun-iyul aylarında 30-dan çox ölkə Ukrayna taxılının alıcılarının siyahısını tərk edib...

Bu ilin iyun-iyul aylarında 30-dan çox ölkə Ukrayna taxılının alıcılarının siyahısını tərk edib

“Report” xəbər verir ki, bunu BMT-nin Comtrade platformasının məlumatları sübut edir.

Əvvəl dərc edilmiş məlumatlara görə, iqtisadiyyatları inkişaf etmiş ölkələr 2022-ci ilin iyun-iyul aylarında Ukrayna taxılının əsas alıcıları olub və bütün tədarüklərin 81%-ni təşkil edib.

Bu dövrdə tədarüklərin həcmi 43% azalıb. Belə ki, bazarlara bir il əvvəlki 1,3 milyard dollara qarşı 771 milyon dollarlıq məhsul ixrac edilib. Bunun fonunda alıcıların siyahısını - Albaniya, Banqladeş, Braziliya, Qvatemala, Honduras, Gürcüstan, Danimarka, Cibuti, Hindistan, İordaniya, İran, Yəmən, Kanada, Konqo, Kosta Rika, Mavritaniya, Madaqaskar, Namibiya, Nigeriya, Yeni Zelandiya, Oman, Pakistan, Palau, El Salvador , Səudiyyə Ərəbistanı, Sinqapur, ABŞ, Tanzaniya, Trinidad və Tobaqo, Monteneqro, Şri-Lanka, Efiopiya və Yaponiya tərk edib.

Eyni zamanda, ötən yay Ukrayna da yeni tərəfdaşlar - Latviya, Lüksemburq, Seyşel adaları, Slovakiya, Sloveniya, Finlandiya və Estoniyanı cəlb edib. Onlar iyun-iyul aylarında bütün satışın 3%-ni təşkil edən 2,3 milyon dollarlıq taxıl alıblar.

Ukrayna taxılının ən böyük alıcısına çevrilmiş Rumıniya dənli bitkilərlə sonrakı sövdələşmələrə dair məlumatlarını hələ ki, açıqlamayıb.

pia.az


Etiket: Ukrayna


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Ən çox oxunanalar