Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsində yaşayan məcburi köçkünlər də Türkiyə üçün yardım toplayır...
"Report"un Muğan bürosunun məlumatına görə, qəsəbə sakinləri aksiyada aktiv şəkildə iştirak edir.
Aksiyada əsasən döşək, yorğan, yastıq, isti geyimlər, uşaq bezləri, uşaq qidaları, papaq, corab, əlcək və s. toplanır.
Qeyd edək ki, yardım çeşidləndikdən sonra Bakıda təyin olunmuş məntəqəyə yola salınacaq.
Poliqon.info