Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəs, bizim toyumuz nə vaxta qaldı?”

Koronavirus pandemiyasının Azərbaycanda da yayılması toyların qadağan olunması və bir sıra tədbirlərlə nəticələndi...

İllərdir subaylığın daşını atmaq, bir-birinə qovuşmaq üçün gün sayan məşhurlarımızın da toy arzuları məlum olmayan vaxta qədər ertələnməli oldu.

PİA.az Axşam.az-a istinadən koronavirusa görə toyu təxirə salınan məşhurların siyahısını təqdim edir:

Aparıcı Cavid Gül bu ilin yanvarında Nərgiz adlı xanımla nişanlanıb. Ömrünün 35-ci yayında toy etmək istəyən Cavidə isə “Covid-19” mane olub. Onun toyunun yeni vaxtı isə hələ ki bəlli deyil.

Əməkdar artist Nüşabə Ələsgərlinin Diasporla İş üzrə Dövlət Komitəsində çalışan qızı Nigar ötən ilin dekabrında Türkiyə vətəndaşı Gino ilə nişanlanmışdı. Onların da toyu yaya təsadüf edəcəkdi. Lakin cütlük hazırda pandemiyaya görə “gözləmə” rejimindədir.

Aktyorlar Əmrah Dadaşov və Asya Atakişiyevanın toy tarixi məlum idi. Bəh-bəhlə 1 iyunda dostlarını və qohumlarını şad gününə yığmaq istəyən nişanlılar bir az da gözləməli olacaqlar. Dediklərinə görə, toyları payız aylarına təsadüf edə bilər.

Manaf Ağayev ikinci oğlu Müşfiqi bu yay evləndirmək niyyətində idi. Lakin o da dəvət edəcəkləri qonaqlara başqa tarix demək məcburiyyətində qalacaq. Müğənninin oğlunun yeni toy tarixi məlum deyil. Amma sənətçi övladına apreldə ailə arasında nişan edib.

Müğənni Sevda Yahyayevaya 8 martda həkim Zakir Bayramov elçi gəlib. Amma onların nəinki toyu, hətta nişanları da təxirə düşüb. 17 martda nişanlanmağı düşünən adaxlılar yay ayları üçün də evlənməyi planlaşdırırdı. Pandemiya onlardan da yan keçmədi. Əməkdar artist Elza Seyidcahanın “onlayn toy” təklifinə “yox” deyən Sevdanın məclisinin yeni vaxtı sual altındadır.

Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrinin toyu isə iki dəfə təxirə salınıb. Birinci dəfə aprel üçün nəzərdə tutulan mərasim, daha sonra iyunun 3-nə ertələnib. Lakin karantin dövrü uzadıldığından toy üçün yeni tarix müəyyənləşdirilməyib.

pia.az

 


Etiket: toy


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Ən çox oxunanalar