Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəlucistan ətrafında baş verən proseslərdə ABŞ-ın barmağı görünürmü?

İran İnqilab Keşikçiləri Korpusu Pakistanın Bəlucistan bölgəsinə dron və raketlərlə zərbələr endirdikdən sonra Pakistan da İran ərazisinə raket zərbələri endirib...

Turan Rzayev: “Pakistan və İranın bir-birinin ərazisinə antiterror əməliyyatları adı ilə zərbələr endirməsi və mülki şəxslərin həyatını itirməsi regionda gərginliyi artırır”.

“Məsələ üzdə İran-Pakistan gərginliyi kimi görünsə də, əslində, hər iki ölkə pərdəarxasında bəluclara qarşı antiterror əməliyyatı keçirir. Bunu hər iki ölkənin XİN başçılarının bəyanatları da təsdiq edir”.

Bu sözləri politoloq Turan Rzayev İran və Pakistan arasında baş verənləri Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, ötən gün İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Pakistanın Bəlucistan bölgəsinə dron və raketlərlə zərbələr endirib. İran tərəfi əməliyyatın hədəfinin Ceyş-ül-Ədl qruplaşması olduğunu açıqlayıb. Pakistan da öz növbəsində “Marg Bar Sarmachar” (“Partizanlara ölüm”) əməliyyatına başladığını açıqlayıb. Sistan və Bəlucistan əyalətinin Seravan rayonuna aviazərbələr endirib.

Bu iki ölkə arasında nə baş verir və bu gərginliyin münaqişəyə çevrilməsi mümkündürmü? Digər tərəfdən, Bəlucistan ətrafında baş verən bu proseslərdə ABŞ-ın barmağı görünürmü?

İran-Pakistan gərginliyini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Tərəflər əvvələr də bənzər problemlərdən dolayı qarşı-qarşıya gəlsə də, regionda genişmiqyaslı müharibə baş verməyib”.

Pakistan və İranın regionun iki güclü ölkəsi olduğunu xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, istər hərbi, istərsə də siyasi baxımdan regionda balans yaradan güclərdəndir. Hər iki ölkəni dəstəkləyən və zəifləməsində maraqlı olan güclər var:

“Pakistan Xarici İşlər Nazirliyi əməliyyat nəticəsində Sistan və Bəlucistan əyalətindəki terrorçuların bazalarına zərbələrin endirildiyini bildirib. İran tərəfinin adını çəkdiyi qruplaşma (Ceyş-ül-Ədl) xüsusilə diqqət çəkir. Adıçəkilən qruplaşma 10 ildən çoxdur ki, İranın cənub-şərq hissəsinə hücumlar təşkil edir. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında Sistan və Bəlucistanda 11 iranlı polisin ölümünə səbəb olan hücumun təşkilatçısı həmin qruplaşmadır.

Pakistan və İranın bir-birinin ərazisinə antiterror əməliyyatları adı ilə zərbələr endirməsi və mülki şəxslərin həyatını itirməsi regionda gərginliyi artırır. Ümumiyyətlə, iki ölkə arasında bu tip gərginlik vaxtaşırı baş verir. Etnik bəlucların yaşadığı Sistan və Bəlucistan gərginliyin əsas qaynar nöqtəsi hesab edilir. Tərəflər əvvələr də bənzər problemlərdən dolayı qarşı-qarşıya gəlsə də, regionda genişmiqyaslı müharibə baş verməyib.

Pakistan və İran regionun iki güclü ölkəsidir. İstər hərbi, istərsə də siyasi baxımdan regionda balans yaradan güclərdəndir. Hər iki ölkəni dəstəkləyən və zəifləməsində maraqlı olan güclər var. Yəni Pakistan-İran müharibəsində maraqlı olmayan ölkələr də var. Ehtimal bir müharibə iki ölkəni də ciddi mənada zəiflədə bilər. Rəsmi Tehranın zəifləməsində maraqlı olan əsas ölkələr heç şübhəsiz, İsrail, Səudiyyə ƏrəbistanıABŞ-dır. İranın zəifləməsini istəməyən ölkələr isə Çin, Hindistan, Rusiya, Britaniyadır.

Turan Rzayev: “Tərəflər ayrı-ayrılıqda bir-birinin ərazisində əməliyyatlar keçirərək, əslində, bir-birinə fayda verir”.

Pakistanın zəifləməsində maraqlı olan ölkə Hindistan olsa da, zəifləməsində maraqlı olmayan ölkələr İsrail, Çin, ABŞ, Səudiyyə Ərəbistanıdır. Yəni fərqli maraq qruplarının prosesdəki maraqları da çox fərqlidir.

Lakin buna baxmayaraq, regionda Pakistan-İran müharibəsi bu tezlikdə baş verməyəcək. Məsələ üzdə İran-Pakistan gərginliyi kimi görünsə də, əslində, hər iki ölkə pərdəarxasında bəluclara qarşı antiterror əməliyyatı keçirir. Bunu hər iki ölkənin XİN başçılarının bəyanatları da təsdiq edir.

Misal üçün Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, “Pakistan İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edir”. Bənzər açıqlamanı İran tərəfi də verib.

Bəlucların müstəqillik arzusu hər iki ölkə üçün uzun illərdir başağrısına çevrilib. Buna görə də tərəflər ayrı-ayrılıqda bir-birinin ərazisində əməliyyatlar keçirərək, əslində, bir-birinə fayda verir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

“Baktelecom” qurumdan internet almayanların telefonunu kəsir – Bu nədir, zorbalıq, yoxsa...

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Slovakiya Ukraynanın NATO-ya üzvlüyünə razılıq verməyəcək

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İsrailin hava zərbələri Beyrutda iki xəstəxananın bağlanmasına səbəb olub

BMT İsrailin sülhməramlıların təhlükəsizliyinə təhdid olduğunu bildirib

Ən çox oxunanalar