Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belçika Rusiya qazına sanksiyaları dəstəkləyəcək, amma...

Belçika tranzit qovşağı statusuna görə Rusiyadan ən çox maye qaz alan ölkələrdən biridir…

Avropa İttifaqı Rusiya yanacağının idxalını 2027-ci ilə qədər dayandırmalıdır ki, onun girovuna çevirilməsin”.

Poliqon xəbər verir ki, bunu Belçikanın energetika naziri Tinne Van der Straeten deyib. Nazir bu barədə Financial Times nəşrinə danışıb. Lakin o, Rusiya qazına qarşı sanksiyaların tətbiqini çətin proses hesab edir.

Nazirin sözlərinə görə, Belçika tranzit qovşağı statusuna görə Rusiyadan ən çox maye qaz alan ölkələrdən biridir. Qeyri-hökumət təşkilatı “Global Witness”in məlumatına görə, Aİ boru kəmərləri vasitəsilə tədarükün diversifikasiyası səyləri çərçivəsində bu il Rusiyadan rekord həcmdə mayeləşdirilmiş təbii qaz idxal edəcək. Bu məlumatlara görə, Belçika Rusiya LNG-nin dünyada üçüncü ən böyük idxalçısıdır. Rusiya yanacaq ixracının 17%-i Belçikanın payına düşür, Çin və İspaniyadan sonra ikincidir.

Energetika naziri deyib ki, o, Rusiya LNG-nin hələ də Aİ-yə getməsindən və Belçikadan keçməsindən narazıdır. O qeyd edib ki, idxalın cəmi 2,8%-i Belçikada qalıb, qalan hissəsi isə başqa ölkələrə tranzitdir. Belçikanın Zeebrugge limanı əsas LNG daşıma mərkəzidir. Belçikadan əsas yanacaq idxal edən ölkələr Almaniya və Niderlanddır.

Nazirin sözlərinə görə, Belçika Rusiyanın LNG-yə qarşı sanksiyaların tətbiqini dəstəkləyəcək, lakin belə bir addımın atılması ehtimalı azdır və bütün Aİ ölkələrinin dəstəyini tələb edir.

“Bizim edə biləcəyimiz ən təsirli şey, özümüzü bütövlükdə qalıq yanacaqlardan uzaqlaşdırmaq və enerjini özümüz idarə edə biləcəyimizə əmin olmaqdır”, deyə nazir qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar