Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BDU-dakı qanlı bıçaqlanmada Abel Məhərrəmov “izi”

Bakı Dövlət Universitetinin rektorunun (BDU) maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən, həmin universitetin əməkdaşı, paytaxt sakini, 1963-cü il təvəllüdlü İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

Xatırladaq ki, qanlı olayı icra edən İsmixan Mirzəyev Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmovu məhkəməyə vermişdi.

İyunun 9-da Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə bəlli olmuşdu ki, BDU-nun keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmov evində və obyektlərində tikinti-təmir işləri gördürsə də, işləri görən insanların pullarını ödəməyib. Ona görə də hakim Abel Məhərrəmovun üzərinə iddiaçı İsmixan Mirzəyevə 811 min manat ödəmək öhdəliyi qoyub.

İsmixan Mirzəyevin iddiası əsasında, Abel Məhərrəmovla yanaşı, BDU-nun keçmiş prorektoru Nəbi Ramazanlı da cavabdeh qismində prosesə cəlb olunub. Çünki Abel Məhərrəmovun imarət və obyektlərinin tikintisinə sabiq prorektor rəhbərlik edib. İsmixan Mirzəyev çox vaxt danışıqları onunla aparıb.

Onun iddia ərizəsində göstərilib ki, BDU-nin keçmiş rəhbəri paytaxtda 4 mərtəbəli ev tikdirib. Həmin evin pilləkənlərinin yığılması, istilik sisteminin quraşdırılması və s. işlərin görülməsini İsmixan Mirzəyevin rəhbərlik etdiyi komandaya həvalə edib. Həmin işlər görülüb təhvil verilsə də, pulun indiyədək ödənilmədiyi bildirilir.

Yaxud da Abel Məhərrəmova məxsus olduğu iddia edilən “Mona Liza” şadlıq sarayında mebel işləri gördürülsə də, ustalar hələ də əmək haqqını ala bilmədiklərini deyirlər. Hətta Abel Məhərrəmovun Mərdəkandakı, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki bağ evlərində quraşdırılmış mebellərin, başqa obyektlərində görülən işlərin, istifadə olunan materialların də pullarının ödənilmədiyi məhkəmədə bildirilib.

Bütün bunlar isə məhkəmədə quraşdırılan kameraların yaddaşına köçürülüb. Lakin hakim Vahid Hacıyevin məhkəmə zalında qətnamənin “qət etdi” hissəsi oxunsa da, sonradan sabiq rektorun əleyhinə qətnamə geri oxunub.

Abel Məhərrəmovun vəkili isə birmənalı deyib ki, məhkəmə şikayəti rədd edib, bununla bağlı vahid məhkəmə portalında məlumat əks olunub.

Şikayətçi tərəf olan İsmixan Mirzəyev bu olaydan şoka düşdüyünü deyib: “Qətnaməni elan edəndən sonra hakim Vahid Hacıyev dedi ki, iddia təmin olunur. Hətta cavabdeh tərəfin vəkili Altay Əfəndiyevə üzünü tutaraq bildirdi ki, apelyasiya şikayəti etmək hüququnuz var.

Sonradan hakim otağına gedib, başqa şey yazıb. Və biz də sevincək məhkəmə binasını tərk etdik. Lakin hakim otağına gedəndən sonra qərarı tamamilə dəyişib, qətnaməyə başqa şey yazılıb. Abel Məhərrəmovun qardaşı Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Görünür, bu amilin rolu oldu. Biz mübarizəmizi sonadək aparacağıq”.

Bu xəbərlərdən sonra adı Abel Məhərrəmovla məhkəmə çəkişməsində keçən İsmixan Mirzəyevin BDU rektoru Elçin Babayevin müşaviri və komendantı ilə qanlı insidenti haqlı suallar doğurur. (Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar