Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baytarlıq Xidməti reydlərə başlayır


Sabahdan etibarən Dövlət Baytarlıq Xidməti (DBX) Qurban bayramı ilə bağlı Bakıda qurbanlıq heyvanların satılması üçün ayrılan məntəqələr üzrə reydlərə başlayacaq


Bunu APA-ya DBX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

O bildirib ki, reydlər Bakının ət kəsim məntəqələrində, o cümlədən ət bazarlarında aparılacaq: “Hər məntəqəyə iki həkim təhkim olunacaq Hər il olduğu kimi bu il də heyvanlar baytarlıq şəhadətnaməsi əsasında gətirilir. Ət kəsim yerlərində nöqsanlar aşkar olunarsa, orada ətin satışına qadağa qoyulacaq”.

Y. Xanvəli əlavə edib ki, artıq rayon mərkəzlərinə, Bakı, Sumqayıt və Gəncə şəhərlərinə bayramda kəsilməsi üçün heyvanlar gətirilib: “Bu günə qədər daxil olan heyvanlarda narahatedici hal qeydə alınmayıb. Bakı şəhərində 8 ət kəsim mövcuddur. Həmin ət kəsim məntəqələrinin hər birinin baytarlıq laboratoriyası olsa da, oraya da əlavə həkimlər ayrılıb ki, həmin əraziyə nəzarət etsinlər”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən 4-5 oktyabr Qurban Bayramıdır. Oktyabrın 4-də səhər saatlarından etibarən Qurban Bayramı ilə əlaqədar İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı Nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarının heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq. Satış yarmarkaları oktyabrın 4-5-də keçiriləcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək

Ən çox oxunanalar