Şənbə, 15 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin müşaviri: Ukraynaya görə gecələr yata bilmirəm

Ukrayna ilə bağlı düşüncələr mənə gecələr yatmağa imkan vermir...

Poliqon xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “Pak” jurnalına müsahibəsində deyib.

“Mən yalan danışmıram. Ukraynanın enerji sistemini necə qorumaq barədə düşünürəm. Bu, mənim yuxusuzluğuma səbəb olur”, deyə Baydenin müşaviri bildirib.

Sallivan qeyd edib ki, yuxusunu digər şeylərlə yanaşı, Yaxın Şərqdəki vəziyyət və mümkün gözlənilməz hadisələr haqqında düşüncələr də pozur.

“Oktyabrın 7-si gözlənilməz hadisə oldu. Özümə, komandama hər gün, hər gecə soruşmağa başladım: növbəti hadisə nədir”, deyə Baydenin müşaviri bildirib.

Noyabrın 13-də Ceyk Sallivan bəyan edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının administrasiyanın Ukraynaya dəstək sorğusunu təsdiqləmək istəməməsi Ukrayna Silahlı Qüvvələrinə yardımın göstərilməsini çətinləşdirir. O qeyd edib ki, bu vəziyyət Amerika tərəfinin Kiyevə lazım olanı ötürmək imkanlarına təsir edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

İstanbulun məşhur 15 İyul Şəhidləri Körpüsü bağlanılıb, əraziyə çoxsaylı polis göndərilib

39 illik ömrü tarixə yazılan Çe Qevaranın bilinməyənləri: SSRİ onu niyə məyus etdi?

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

Bakıda ağır yol qəzası baş verib, 5 nəfər yaralanıb - Yenilənib

Prezidentin xüsusi nümayəndəsi: Ağdam bayrağımızın rənglərinə boyanıb

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

TDT-nin Baş katibi Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Ən çox oxunanalar