Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden İsrail və HƏMAS arasındakı müharibədə humanitar fasiləyə çağırıb

ABŞ prezidenti Co Bayden İsrail ilə Fələstinin HƏMAS radikal hərəkatı arasında gedən müharibədə humanitar fasilə elan edilməsinin və hərbi əməliyyatların müvəqqəti dayandırılmasının vacibliyini açıqlayıb...

Poliqon Bloomberg Agentliyinə istinadəb xəbər verir ki, Amerika prezidenti, Qəzza zolağından girovların azad edilməsi üçün belə tədbirləri vacib hesab edir.

“Girovları azad etmək, onları sağ saxlamaq üçün humanitar fasilə lazımdır, bu, çox vacib məsələdir” deyə Bayden Minneapolisdə keçirilən ianə toplama kampaniyasında deyib.

Eyni zamanda, ABŞ prezidenti İsrail və HƏMAS arasında hərbi münaqişə zonasında tam atəşkəs çağırışlarını əhəmiyyətsiz və qeyri-mümkün hesab edib. Co Baydenin sözlərinə görə, İsrail indi özünü müdafiə etmək üçün “tamamilə qanuni hərəkətlər” edir, lakin Qəzza zolağında mülki insanların həyatını qorumaq barədə də düşünmək lazımdır.

Bayden həmçinin yaxın gələcəkdə minə yaxın əcnəbinin Qəzza sektorunu tərk edə biləcəyini açıqlayıb. Onların Fələstin anklavından “Rəfah” keçidi vasitəsilə Misirə gedəcəkləri gözlənilir.

Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. Həmin gün radikal fələstinli yaraqlılar yüzlərlə raketlə İsrail ərazisinə hücum edib və 200 nəfəri girov götürüblər. Ən azı 1,4 min israilli hücumun qurbanı olub. Buna cavab olaraq İsrail Qəzza zolağında hərbi əməliyyat elan edib.

Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı 8 mindən çox insan həlak olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

Azərbaycanlı aktrisaya aktyor əri maşın hədiyyə etdi - Video

“Murdar ətlər şadlıq evlərinə, uşaq bağçalarına, dönərxanalara...” - Şok açıqlama

Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş yekunlaşıb, Lekler birinci olub - Yenilənib

Ən çox oxunanalar