Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Qərargah rəisi Quru Qoşunlarında olub, xidməti müşavirə keçirib

Kərim Vəliyev Quru Qoşunlarında olub...

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.
Baş Qərargah rəisi Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirib.

Bu barədə PİA.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müşavirədə Quru Qoşunlarında görülən işlərin təhlili aparılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar toplantı iştirakçılarına çatdırılıb.

Müdafiə nazirinin birinci müavini döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da artırılması, silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının effektiv tətbiqi məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi ilə əlaqədar müdafiə nazirinin göstərişlərini aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.

Müşavirədən sonra Döyüşü idarəetmə məntəqəsinə (DİM) gələn Baş Qərargah rəisinə məruzə olunub ki, burada müasir döyüş üsulları nəzərə alınaraq digər qoşun növləri ilə qarşılıqlı əlaqədə komanda idarəetmənin təşkili üçün zəruri infrastruktur yaradılıb.

Sonra general-polkovnik K.Vəliyev, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev, Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev və digər yüksək rütbəli zabitlər Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzinə gələrək ilk dəfə təşkil edilən "Zabit komando başlanğıc kursu"na cəlb olunan gənc leytenantlarla görüşüblər.

Baş Qərargah rəisinə məruzə olunub ki, hərbi qulluqçuların taktiki-xüsusi hazırlıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən məşqlər müasir döyüş üsulları nəzərə alınmaqla tədris olunur.

Ordumuzun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində gənc zabitlərin komando kursuna cəlb olunmasının hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin artırılmasında müsbət təsir göstərəcəyi xüsusi qeyd edilib.

Daha sonra yaşayış məntəqələrində döyüş və məntəqələrin şərti düşməndən təmizlənməsi tapşırığının icrası üzrə təlim epizodları izlənilib.

Gənc zabitlər qarşısında çıxış edən Baş Qərargah rəisi onlara hərbi elmlərə yiyələnmək, eləcə də fiziki hazırlıqlarını artırmaqla peşəkar və nizam-intizamlı komandir kimi formalaşaraq gələcəkdə tabeliklərindəki şəxsi heyətə nümunə olmaları istiqamətində tövsiyələr verib, gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda general-polkovnik K.Vəliyev hərbi qulluqçuların qayğıları ilə maraqlanıb və onlarla birgə nahar edib.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Türkiyədə öldürülən səkkiz yaşlı qızın anası danışdı

Ən çox oxunanalar