Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib, narkotacirlər saxlanılıb - Foto

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib...

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş İdarəyə Ceyhun adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abışov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 5 qram narkotik vasitə olan heroin və 102,303 qram psixortop maddə metamfetamin aşkar edilib.

C.Abışov ifadəsində qeyd edib ki, narkotik vasitələri Əmir adlı şəxsdən satmaq niyyəti ilə əldə edib. Əməliyyat tədbirlərinin davamı olaraq ona narkotik vasitələri satan paytaxt sakini Əmir Babayev də tutulub. Onun idarə etdiyi “Mersedes ”markalı avtomobilə baxış zamanı külli miqdarda narkotik vasitələr - 1 kiloqram 910 qram tiryək, 30,282 qram heroin və 1 kiloqram 15 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. C.Abışov və Ə.Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirəri seçilib əməliyyat tədbirləri davam etdirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Pirşağıda dənizdə batan oğlanın axtarışları davam etdirilir - Yenilənib

Ən çox oxunanalar