Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdakı Dünya Kubokunun açılış mərasimi keçirilib

Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan edilib...

Bakıda təşkil edilən idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi olub.

İlk olaraq gimnastlar iştirakçı ölkələrin bayraqları ilə paraddan keçiblər.

Ardından çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Azərbaycanda 8-ci dəfə belə mötəbər yarış təşkil olunduğunu xatırladıb: “Ötən illər ərzində idman gimnastikasında bir sıra uğurlar əldə etmişik. Təmsilçilərimiz Yay Olimpiya Oyunlarında uğurla çıxış ediblər. Eyni zamanda, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarında da parlaq nəticələr olub. Budəfəki Dünya Kubokunda rekord sayda komanda iştirak edəcək. Bütün idmançılara uğurlar arzulayıram”.

Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan edilib.

Milli Gimnastika Arenasında keçirilən turnirdə Azərbaycan da daxil olmaqla, 48 ölkədən 173 gimnast müxtəlif proqramda çıxış edəcək. Azərbaycanı yarışda Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov təmsil edirlər.

Qeyd edək ki, bu gün kişilər arasında sərbəst hərəkətlər, paralel qollar, halqalarda, qadınlarda isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollarda təsnifat yarışları baş tutacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

Aygün Namiqdən gileyləndi: "Məni xoşbəxt edə bilmədin"

Qəzzada həlak olan fələstinlilərin sayı 37,3 mini keçib

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

Beynəlxalq Konfransda Ukrayna üzrə yekun sənədi 91 ölkədən 80-i dəstəklədi

Donald Tramp: "Zelenski bütün siyasətçilər arasında ən böyük tacirdir"

Magistral yollarda bəzi hallarda sürücülər cərimələnə bilərlər 

Ən çox oxunanalar