Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Xorvatiya səfirliyinin rəsmi açılışı olub - Yenilənib - Fotosessiya

“Xalqlarımız arasında əlaqələrin yaradılması Xorvatiya səfirliyinin əsas missiyalarından biridir”

Məlumata görə, bu sözləri Xorvatiya Baş nazirinin müavini, Xarici İşlər naziri Mariya Peyçinoviç Buriç bu ölkənin Azərbaycandakı səfirliyinin açılış mərasimində deyib.

“Səfirliyin mənim Azərbaycana ilk səfərim zamanı açılması çox əlamətdar hadisədir. Bunu Xarici İşlər naziri kimi özümə hədiyyə hesab edirəm. Bu, ölkələrimiz arasında əməkdaşlığın dərindən inkişaf etdirilməsinə töhfə verəcək. Azərbaycan və Xorvatiya arasında mədəniyyət, təhsil, elm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər mövcuddur. Xorvatiya Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində də əməkdaşlığa böyük əhəmiyyət göstərir”,- deyə nazir bildirib.
Vergilər naziri Mikayıl Cabbarov açılış mərasimində çıxışı zamanı deyib ki, hökumətlərarası komissiyanın sədri kimi Azərbaycan və Xorvatiya arasındakı əməkdaşlıqdan məmnunluq duyur: “İki ölkə arasında müxtəlif sahələrdə 22 ikitərəfli sənədlər imzalanıb. Səfirliyin açılması ikitərəfli əlaqələrin inkişafında böyük rol oynayacaq”.

Tədbirdə həmçinin Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.

***

17:37

Bakıda Xorvatiya səfirliyinin rəsmi açılışı baş tutub.

ONA-nın məlumatına görə, açılış lentini Xorvatiyanın xarici işlər naziri Mariya Peyçinoviç Buriç kəsib. Mərasimdə Vergilər naziri Mikayıl Cabbarov, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, Xorvatiya tərəfdən isə həmçinin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini Viçe Skraçiç və iqtisadi məsələlər üzrə müavini İvana Jivkoviç iştirak edib.(ONA)

pia.az

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar