Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda vətəndaşa başqasının torpağını satdılar - DİN araşdırma aparır

Lerik rayon sakini Bakıda aldadılıb...

Bu barədə Oxu.Az-ın redaksiyasına rayon sakini Amid Qəribov bildirib.

 
Onun sözlərinə görə, Bakıda ona başqasının torpaq sahəsi satılıb:

“Sabunçu rayonu ərazisində üç sot torpaq satılırdı. Mən də kredit götürdüm və dörd min manatdan çox pul verdim. Daha sonra öyrəndim ki, başqasının torpaq sahəsini mənə satıblar. Məsələ barədə Nizami Rayon Polis İdarəsinə müraciət etsəm də, polis əməkdaşları məsələyə baxmırlar”.

Sakin çətin vəziyyətdə olduğunu bildirib:

“Fəhləlik edirəm və iki uşağım var. Bilmirəm onlara baxım, yoxsa kredit ödəyim. Sonuncu dəfə borc götürüb krediti ödəmişəm”.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı sorğumuza cavab olaraq bildirib ki, vətəndaş Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edərək, 2024-cü ilin 12 mart tarixində 4 550 manat maddi vəsaitinin etibarından sui-istifadə edilməklə ələ keçirildiyini bildirib:

“Zərərçəkənin izahatı alınıb və o, pulu Sabunçu rayonunda təqdim etdiyini bildirib. İş üzrə toplanmış material araşdırmanın davam etdirilməsi məqsədilə aidiyyəti üzrə ərazi polis orqanına göndərilib. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Ən çox oxunanalar