Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda küçəyə atılan dörd yaşlı qızla bağlı araşdırma başladı 

“Dünən gətirilən uşağın valideynlərinin müəyyən olunması barədə artıq araşdırma aparılır”. 

Bu barədə Oxu.Az-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, ilkin məlumata görə, uşaq tapıldığı ərazidə yaşamır.

“Qızın təxminən 4 yaşı var. Adının Nərgiz olduğunu deyir. Uşaq Xətai Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru tərəfindən bizə gətirilib. Uşaqla söhbət zamanı bildirib ki, onu anası həmin ərazidə qoyub, gedib. 

Lakin uşağı görənlər deyir ki, onu qucağında körpə uşaq olan yaşlı bir qadın həmin əraziyə gətirib. Uşağın tapıldığı ərazidə heç kim onu tanımayıb. Hazırda ərazidəki təhlükəsizlik kameralarına baxılır, araşdırma aparılacaq. Daxili İşlər Nazirliyinin müvafiq şöbəsindən mənimlə əlaqə saxlanıldı”.

Hüquq-mühafizə orqanlarından aldığımız məlumata görə, uşaq tapılan zaman çox baxımsız vəziyyətdə olub:

“Faktla bağlı araşdırma aparılır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar