Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda idman vasitəsilə gender bərabərliyinin təşviqi müzakirə olunub

Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində idman vasitəsilə gender bərabərliyinin təşviqinə həsr olunmuş sessiya baş tutub.

Poliqon.info xəbər verir ki, sessiya zamanı ekspertlər gender bərabərliyinin təşviqi üçün idmanın gücündən bir vasitə kimi istifadə edilməsinin zəruriliyini qeyd ediblər.

Qeyd olunub ki, gender bərabərliyi və qadınların idmanda hüquq və imkanlarının genişləndirilməsi “Fit for Life”ın üç qlobal prioritetindən biridir. Bu fəaliyyət çağırışını təşviq məqsədilə UNESCO qadınlara və qızlara qarşı zorakılığa son qoymaq və idmandan bərabərlik və inkişaf üçün əsas katalizator kimi istifadəni artırmaq üçün bir sıra praktiki məhsullar hazırlayır.

Müzakirələr zamanı əsas mövzular qızların və qadınların idmanda iştirakına maneələrin aradan qaldırılması, eləcə də gender bərabərliyi və qadınların hüquq və imkanlarının artırılması üçün qabaqcıl təcrübə olub.

Qeyd edək ki, bu gün Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) işinə başlayıb. Konfransda və onunla əlaqədar tədbirlərdə 124 ölkədən və beynəlxalq təşkilatlardan 50-dən çox nazir və yüksək vəzifəli məmur, 540-dan çox nümayəndə iştirak edir.

Konfransın yekunlarına əsasən, UNESCO-nun idman təşəbbüsü olan eyniadlı layihənin davamı olaraq “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yaxşılaşdırılması, COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması və fiziki passivliyin azaldılması siyasətinin hazırlanmasıdır.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Gələn ay Azərbaycana 160 elektrik mühərrikli avtobus gətiriləcək

Ən çox oxunanalar