Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı ŞİH: 3 000 xəstə şam ağacı kəsilərək utilizasiya edilib

Bakı Şəhər icra Hakimiyyəti paytaxtdakı şam ağaclarının quruması ilə bağlı məlumat yayıb.

Bakı ŞİH-dən PİA.az-a daxil olan məlumatda bildirilir ki, artıq bir müddətdir paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir.

Dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edən bu məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib, Bakıya xarici ölkələrdən alimlər, həmçinin BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri dəvət edilib. Həmin alim və mütəxəssislər paytaxt ərazilərində bir sıra yerlərdə araşdırmalar aparıblar.

Əsasən yaşı 40-45 il olan şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması ilə bağlı işlərdə yerli alimlər də iştirak edir. Mərkəzi Nəbatat Bağının alimlərinin iştirakı ilə ağacların müalicəsi məqsədi ilə təcrübələrə başlanılıb, onun fəsadlarının aradan qaldırılması yolları, yerli və xarici mütəxəssislərin təklifləri müzakirə edilir.

Qeyd edilməlidir ki, şam ağaclarında müşahidə edilən bu xəstəlik digər dövlətlərdə də qeydə alınıb və xarici alimlərin qeyd etdiyinə görə Bakıda bu xəstəliyə qarşı mübarizə tədbirləri Almaniya, Kanada və Amerikadakından xeyli yaxşı vəziyyətdədir.

Bu xəstəliklə mübarizə tədbirləri çərçivəsində yerli alimlərin apardığı təcrübələr davam edir. Təcrübə çərçivəsində Mərkəzi Nəbatat Bağında xəstəliyə yoluxan 9 ədəd Eldar şamının 3 müxtəlif üsulla peyvəndlənməsi aparılıb. Qısa vaxt ərzində ağaclarda baş verən müsbət dəyişikliklər araşdıralacaq, hansı peyvəndin daha uğurlu olması müəyyən ediləndən sonra şam ağaclarında kütləvi peyvəndləmə aparılacaqdır. Bu barədə mətbuat nümayəndələrinə Mərkəzi Nəbatat Bağının icraçı direktoru, biologiya üzrə elmlər doktoru Həsən Babayev məlumat verib.

Qeyd edilməlidir ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanıb, bu günə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin rəyi əsasında Bakı şəhərində xəstəliyə yoluxan və müalicəsi mümkün olmayan 3 min ədəd şam ağacı kəsilərək utilizasiya edilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Türkiyədə öldürülən səkkiz yaşlı qızın anası danışdı

Ən çox oxunanalar