Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” yerli istehsallı qaz sayğaclarının kütləvi tətbiqinə başlayır

SOCAR “Azəriqaz” İstehsalat Birliyi abonentlərinin yerli istehsallı sayğaclardan istifadəsinə başlayır...

APA xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nın rəhbəri Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində bildirib.

Onun sözlərinə görə, bu məqsədlə “Gəncə Cihazqayırma Zavodu” ASC ilə müvafiq müqavilə imzalanıb.

“Bu gündən etibarən istehsalata verilən sayğaclar yerli sayğaclar olacaq, istehsalçı da “Gəncə Cihazqayırma Zavodu”dur”, - Ruslan Əliyev qeyd edib.
Onun sözlərinə görə, 2023-cü ilin qalan sayğac miqdarı və 2024-cü il üzrə müəyyən sayğac miqdarı “Gəncə Cihazqayırma Zavodu” istehsalı hesabına olacaq.

Qeyd olunub ki, imzalanan müqavilə yerli sahibkarlığın stimullaşdırılması, “Azəriqaz” üçün sayğaclarla bağlı olan məsələlərdə əlçatanlılığı (servis, logistika, məsafə yaxınlığı və s.) təmin etməklə, nəticədə abonentlərin məmnunluğuna xidmət edəcək.

Bildirilib ki, iki qurum arasında imzalanan müqavilə 290 minə yaxın qaz sayğacının istehsalını nəzərdə tutur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar